Çap

Təhsil Nazirliyi: Hərbi əməliyyatlar nəticəsində bir məktəbli həlak olub, daha biri yaralanıb

Tarix . Kateqoriya Xəbərlər

ceyhun

Cəbhə bölgəsində baş verən hərbi əməliyyatlar nəticəsində 1 məktəbli yaralanıb, 1 məktəbli isə həlak olub.

Gemi.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə deyib ki, Ağdamın Sarıcalı kənd tam orta məktəbinə mərmi düşüb. Bu hadisə dərs saatı ərzində baş vermədiyindən xəsarət alan olmayıb: “Lakin cəbhə bölgəsinə yaxın ərazidə həyətyanı sahəyə düşən mərmi nəticəsində 13 yaşlı bir şagird yaralanıb. O, xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti yaxşıdır”.

Nazir müavini Tərtərdə evə atılmış mərminin partlaması nəticəsində dünyasını dəyişən 16 yaşlı qızın da məktəbli olduğunu təsdiqləyib. O əlavə edib ki, hərbi əməliyyatlar başlayandan bu günə kimi cəbhə bölgəsinə yaxın ərazilərdə yerləşən məktəblər barədə mütəmadi olaraq rayon təhsil şöbələrindən məlumatlar əldə olunur. Yerli icra strukturları, rayon təhsil şöbələri ilə əlaqəli işlər görüldüyünü deyən C.Bayramov qeyd edib ki, insanların həyatını təhlükə altına atmamaq üçün artıq 28 məktəbdə tədrisin dayandırılması barədə qərar qəbul edilib: “Təhsil Nazirliyi tərəfindən təhsil şöbələrinə tapşırıqlar verilib ki, həmin ərazilərdə yaşayan ailələrin digər yaşayış məntəqələrinə köçmələri ilə bağlı onların yaxın ərazilərdə və digər rayonlardakı məktəblərdə tədrisi müvəqqəti olaraq təşkili olunsun. Ancaq ümid edirik ki, atəşkəsin əldə olunmasından sonra məktəblərdə tədris bərpa olunacaq”.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə