Çap

Ali təhsil müəssisələrinin tələbələri arasında Respublika Çempionatının proqramına daxil olan Veloidman növü üzrə yarışlar başa çatıb.

Tarix . Kateqoriya Xəbərlər

veloyarish

Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzi və “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının birbaşa təşkilatçılığı ilə reallaşdırılan yarışlar Respublika Veloparkında keçirilib.
Gemi.az-ın Təhsil Nazirliyinə istinadən verdiyi məlumata görə, gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda 1-ci yeri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, 2-ci yeri Azərbaycan Kooperasiya Universiteti, 3-cü yeri isə Milli Aviasiya Akademiyasının komandası tutub.
Qeyd edək ki, ali təhsil müəssisələrinin tələbələri arasında Respublika Çempionatının proqramına 10 idman növü daxildir. Bunlar mini futbol, basketbol, stolüstü tennis, şahmat, veloidman, badminton, voleybol, atletika, yunan-roma güləşi və sərbəst güləş idman növləridir.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə