Çap

“Milli-mənəvi dəyərlərimiz və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda konfrans keçirilib

Tarix . Kateqoriya Xəbərlər

apa

Bu gün “Milli-mənəvi dəyərlərimiz və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda konfrans keçirilib.

Gemi.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə, konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi tərəfindən təşkil edilib.

Tədbiri giriş sözü ilə DQİDK sədr müavini Gündüz İsmayılov açıb. O bildirib ki, aprelin əvvəllərində Azərbaycan-Ermənistan təmas xəttində baş verənlər Azərbaycan gəncliyinin tam qələbəyə kökləndiyini göstərib: “Azərbaycan ordusuna dəstək məqsədilə keçirilən aksiyalarda əsas iştirakçılar gənclər idi. Ermənistanda səfərbərliyə alınanlar isə orta yaşlılar idi. Azərbaycan gəncliyi Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməyi bacardı”.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov qeyd edib ki, cəbhədə baş verən son hadisələrlə əlaqədar Azərbaycan gəncliyi monolit hərəkət etdi.

Konfrans məruzələrlə davam edib.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə