Çap

Müdafiə naziri cəbhə bölgəsində səfərdədir

Tarix . Kateqoriya Xəbərlər

    mnterter2

 Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində yerləşən Tərtər rayonunda səfərdədir.

Gemi.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, ilk olaraq Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbərliyi Tərtər şəhərində ucaldılan ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyub və ehtiramlarını ifadə ediblər. 

Müdafiə naziri, Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ilə birgə aprelin 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Tərtər rayonunun sakinlərinə məxsus ziyan dəyən evlərə baxış keçirib. Nazir sakinlərlə görüşərək onları dinləyib, qayğıları və problemləri ilə maraqlanıb. 

Müdafiə naziri rayondakı vəziyyətlə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə