Çap

TQDK sınaq imtahanının nəticələrini açıqlayıb

Tarix . Kateqoriya Xəbərlər

sinaqq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 24-də keçirilmiş sınaq imtahanının nəticələrini açıqlayıb.

Gemi.az xəbər verir ki, komissiyadan Trend-ə verilən məlumata görə, hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 48382 abituriyentdən 3259 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 10 abituriyentin imtahan nəticələri ləğv edilib.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə