Çap

TQDK-nın imtahanlarında “ASAN” könüllüləri nəzarətçi kimi iştirak edəcək.

Tarix . Kateqoriya Xəbərlər

  asan k

30 yanvar 2016-cı il tarixində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ilə, “ASAN School” könüllülük proqramının “İnnovativ idarəetmə” layihəsi çərçivəsində, keçirilən görüşdə “ASAN”xidmətin könüllülərinin TQDK-nın keçirdiyi imtahanlarda nəzarətçi kimi iştirakına qərar verilmişdir. 

Gemi.az-ın Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasına istinadən verdiyi məlumata görə, prosesdə iştirak üçün “ASAN” xidmət tərəfindən Bakı şəhərində 5 mərkəz və Sumqayıt, Gəncə, Sabirabad, Bərdə mərkəzləri üzrə ümumilikdə 259 könüllünün siyahısı TQDK-ya təqdim olunmuşdur. Məlumatlar elektron bazaya daxil edildikdən sonra növbəti mərhələlərdə könüllülərlə test imtahanlarının texnologiyası, imtahanların gedişinə dair prosedür qaydaları ilə bağlı seminar-məşğələlərin keçirilməsi, onların sınaq imtahanlarına cəlb edilməsi nəzərdə tutulur. “ASAN” könüllülər bu mərhələləri keçdikdən sonra qəbul və buraxılış imtahanlarına da cəlb olunacaqlar.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə