Çap

ADNA terrorundan 7 il ötür

Tarix . Kateqoriya Xəbərlər

 430002 

 Azərbaycan Dövlət Neft Akademiyasında  törədilən terror hadisəsindən artıq  7 il ötür. Azərbaycanı dəhşətə gətirən  bu hadisə 2009-cu il aprel ayının 30-u səhər saat 09:30-da baş verdi. ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva  küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan silahlı şəxs -  29 yaşlı Gürcüstan vətəndaşı Fərda Qədirov inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə "Makarov" tipli tapançadan atılan atəşlə xəsarət yetirib. İstintaq materiallarına və şahid ifadələrinə görə, cinayətkar şəxsləri əsasən baş və boyun nahiyəsindən güllələyib. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professorları, laborantlar, tələbələr, müəllimlər, qapıçı və hətta yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın da olub.

Qanlı hadisə nəticəsində dünyasını dəyişənlər

1. Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu, 1940-ci il 

2. Nəzəri Mexanika Fakultəsinin laboratoriya müdiri Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il 

3. Neft qaz istehsali və emali texnikası kafedrasının müəllimi, dosent Vahidov Məcnun Abdulvahid oğlu , 1946-ci il 

4. Biotexniki və texniki cihazlar kafedrasının laborantı Məmmədova Şəfa Afət qızı, 1978-ci il 

Tələbələr

5. Məmmədov Taleh Tariyel oğlu, 1988-ci il 

6. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il 

7. Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il 

8. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il 

9. Abdullayev Emin İmaməli oğlu , 1989-cu il 

10. Babaşov Ruslan Cəfər oğlu, 1990-ci il 

11. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il 

Və Akademiyaya süd məhsulları gətirən

12. Qurbanova Ayna Abbasqulu qızı , 1957-ci il 

ALLAH RƏHMƏT ELƏSİN.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə