Çap

Nazirlik: Avropa Oyunları Azərbaycan turizmini bir neçə ilə irəli atacaq

Tarix . Kateqoriya Xəbərlər

 

"Turizm sənayesi ilə bağlı apardığımız ilkin təhlillər göstərir ki, Avropa Oyunları Azərbaycan turizmini bir neçə ilə irəli atacaq".

Bunu Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov deyib.

Onun sözlərinə görə, iyun ayında Bakıda keçirilmiş I Avropa Oyunları Azərbaycan turizminin ən yüksək səviyyədə təbliğatına xidmət edib: “Avropa Oyunlarının yalnız açılış mərasimi 93 ölkəyə yayımlandı və mərasimi 1 milyarddan çox insan izlədi. Maraqlısı odur ki, internetdə “google” axtarış sistemində son 1 ildə Azərbaycana 33 milyon dəfə baxılıb. Onun təxminən 70 faizi Avropa Oyunlarından bir ay öncədən bu yana təsadüf edir. Bu statistika özü artıq çox şeyi ifadə edir. Digər tərəfdən, Azərbaycana gələn idmançılar, jurnalistlər, digər xarici qonaqlar özləri artıq potensial turist idilər.

Şükürlər olsun, biz artıq bunun məntiqi nəticəsini görürük. Ölkədən gedən və hələ də ölkəmizdə qalan əcnəbilər Azərbaycan, insanlarımız, qonaqpərvərliyimiz haqqında yüksək fikirdədirlər. Düşünürük ki, biz bunun uğurlarını bu ilin sonunda qış turizmi və ya növbəti yay turizmi mövsümündə görəcəyik”.\trend\

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə