Çap

Azərbaycanda məktəbli geyimləri bahalaşır

Tarix . Kateqoriya Xəbərlər

 

Manatın devalvasiyası ilə əlaqədar.

“Bakı Tikiş Evi”nin orta məktəb şagirdləri üçün satdığı geyimlərin qiymətlərinin bahalaşdırılması nəzərdə tutulur.

Oxu.Az xəbər verir ki, “Bakı Tikiş Evi”nin Satış şöbəsinin rəisi Etibar Əzimovun Trend-ə verdiyi məlumata görə, geyimlərin satış qiymətinin nə qədər bahalaşdırılacağı ilə bağlı qərar yaxın günlər ərzində açıqlanacaq:

“Hələlik qiymətlərin nə qədər olacağı dəqiqləşdirilməyib. Hazırda bu məsələ araşdırılır”.

BTE-dən bildirilib ki, qiymətlərin bahalaşdırılmasının əsas səbəbi isə materialların Türkiydən dollarla alınması və dolların da məzənnəsinin yüksəlməsidir.

“BTE məktəbli dünyası” Filialından isə Trend-ə bildirilib ki, Azərbaycanda dolların manata nisbətdə məzənnəsinin dəyişməsi prosesi başlayandan sonra geyimlərin qiymətlərində artıq artım müşahidə edilib.

Hazırda I-VI sinif şagırdləri üçün bir dəst geyimin qiyməti 46, VII-XI sinif şagırdləri isə 56 manatdır. Bu artımlara qədər isə I-VI sinif şagırdləri üçün bir dəst geyimin qiyməti 40, VII-XI sinif şagırdləri isə 52 manat olub.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə