Çap

TQDK iyulda hansı imtahanları keçirəcək? – SİYAHI

Tarix . Kateqoriya Xəbərlər

 

Tələbə Qəbulu üzrə Dölvət Komissiyası tərəfindən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulla bağlı imtahanlara artıq start verilib. İyulun 2-də TQDK V ixtisas qrupuna və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirib.

Modern.az xəbər verir ki, I və IV ixtisas qrupları üzrə cari ilin məzunları üçün qəbul imtahanı 14 iyul, II və III ixtisas qrupları üzrə isə cari ilin məzunları 25 iyul tarixində imtahan verəcəklər. V qrupda xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı 15 iyul-5 avqust tarixlərində, I qrupda xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı isə 19 iyul – 5 avqust tarixlərində olacaq.

I-V qruplar üzrə ixtisas seçimi 30 iyul – 11 avqustda, boş qalan yerlərə ixtisas seçimi isə 14 – 19 avqust tarixlərində keçiriləcək.

7 iyul tarixində isə ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə qəbul imtahanın 2-ci mərhələsi keçiriləcək. 10 – 14 iyul tarixlərində isə nəticələrə əsasən ixtisaslaşma seçimi olacaq. 21 – 24 iyulda boş qalan yerlərə ixtisaslaşma seçimi aparılacaq.

7 iyulda həmçinin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə, eyni zamanda orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tam orta (11 illik) təhsil bazasından rus bölməsinin abituriyentləri Azərbaycan dilindən 2-ci imtahanı verəcəklər.

Orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tam orta (11 illik) təhsil bazasında xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı 15 iyul – 5 avqustda, ixtisas seçimi 14 – 19 avqustda, boş qalan yerlərə ixtisas seçimi 27– 31 avqustda olacaq.

Orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ümumi orta (9 illik) təhsil bazasında xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur 7 – 11 iyulda, ixtisas seçimi 8 – 15 iyulda, boş qalan yerlərə ixtisas seçimi 1 – 10 avqustda keçiriləcək.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə