Çap

Avroparlament Xocalı soyqırımı ilə bağlı bəyanat verdi

Tarix . Kateqoriya Xəbərlər

14576 1 large

Avropa Parlamentində (AP) yenicə yaradılmış “Azərbaycanın Dostları Klubu”nun üzvləri tərəfindən Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı bəyanat qəbul edilib.

Gemi.az Oxu.az-a istinadən xəbər verir ki, bəyanatın qəbul edilməsi ilə bağlı təşəbbüs Avropa Parlamentinin Latviyadan olan deputatı, AP Xarici Əlaqələr Komitəsinin üzvü və “Azərbaycanın Dostları Klubu”nun həmsədri Andrey Mamikins tərəfindən irəli sürülüb.

Bu bəyanat Xocalı qətliamı ilə bağlı Avropa Parlamenti çərçivəsində qəbul edilmiş ilk sənəddir.

Çap

“Hər qapını açan” pasportların siyahısı açıqlandı

Tarix . Kateqoriya Xəbərlər

passportsprim

2018-ci il üzrə “The Pasaport Index”i  açıqlanıb. 

Gemi.az Oxu.az-a istinadən  xəbər verir ki, indeks ölkələrin vətəndaşlarına verdikləri pasportların imkanları əsasında  hazırlanır.

Belə ki, pasportların dəyərini vizasız səyahət, xaricdə yaşam şərtlərinin asanlaşması kimi imkanlar əks etdirir. 

Hesabata görə, Cənubi Koreya və Sinqapur 162 balla birinci, Almaniya və Yaponiya 161 balla ikinci yerdədir. 

Çap

ADNSU-nun rektoru təhsillərini xaricdə davam etdirəcək tələbələrlə görüşdü

Tarix . Kateqoriya Xəbərlər

167677
 
Fevralın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramı çərçivəsində Almaniyada 2 həftə müddətində təhsil alacaq ADNSU tələbələri ilə görüşüb.
 
Tələbə mübadiləsi sahəsində ADNSU-nun xarici ali təhsil ocaqları ilə əlaqələrinin genişləndiyini deyən rektor, professor M.Babanlı mübadilə sayəsində gənclərin xaricdə təcrübə keçməsinin artıq əlçatan olduğunu vurğulayıb. ADNSU-ya əcnəbi tələbələrin marağının artırılması və qarşılıqlı mübadilə prosesinin əhəmiyyətini qeyd edən rektor, M.Babanlı bunun üçün təhsilin keyfiyyətinin yüksəldilməsinin vacibliyini vurğulayıb.
Çap

Prezidentin fərdi təqaüdünün məbləği 1450 manata çatdırılıb

Tarix . Kateqoriya Xəbərlər

1260b65f b8ec 4de0 af1e 9bb30791d98e

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” 2002-ci il 11 iyun tarixli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.  

Gemi.az Oxu.az-a istinadən məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2018-ci il martın 1-dən artırılaraq 1450 manat müəyyən edilib.

Qeyd edək ki, bu vaxtadək fərdi təqaüdün məbləği 1300 manat olub.

Çap

Magistraturaya qəbul imtahanı keçiriləcək

Tarix . Kateqoriya Xəbərlər

DIM 4

 

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 25-də ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına  qəbul imtahanının birinci mərhələsini keçirəcək.

 

Gemi.az xəbər verir ki, DİM-dən APA-ya verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi respublikanın 5 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 38 imtahan binasında aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda–saat 13:00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcəkdir.

Ərizələrin qəbulu internet vasitəsilə fevralın 2 dən 13-dək aparılıb. İmtahanda iştirak üçün 12387 bakalavr ərizə təqdim edib. Onlardan 11205 nəfəri Azərbaycan bölməsi, 1182 nəfəri rus bölməsi üzrə imtahan verəcəkdir. Ərizə verənlərin 5321 nəfəri oğlan, 7066 nəfəri isə qızlardır. Bakalavrlardan  6833-ü  cari ilin, 5554-ü isə əvvəlki illərin məzunlarıdır, 31 nəfər xarici ölkə vətəndaşıdır.

Çap

İlham Əliyev Niderland Krallığı Senatının sabiq sədrini qəbul edib

Tarix . Kateqoriya Xəbərlər

niderland kralligi

Prezident İlham Əliyev Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Azərbaycan-Niderland Dostluq Qrupunun sədri Rene Van der Lindeni qəbul edib.

ADA Universiteti ilə Niderlandın Vaqeninqen Universitetinin birgə hazırladığı “Azərbaycanda аqrоbiznеs imkаnlаrının masterplanı” adlı layihənin təqdimatının əhəmiyyətinə toxunan Rene Van der Linden kənd təsərrüfatının Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindən olması barədə məlumatlı olduqlarını dedi. Qonaq təqdim olunacaq layihənin gələcəkdə həyata keçirilməsinin Niderland şirkətlərinin Azərbaycana cəlb olunması, onların ölkəmizdə keçirilən Caspian Agro-Beynəlxalq Kənd Təsərrüfatı sərgisində iştirakı və Azərbaycanın müvafiq təhsil ocaqları ilə əlaqələrin qurulması işinə öz töhfəsini verəcəyini bildirdi.

Çap

Bakıda I siniflərə elektron qəbul başlayır

Tarix . Kateqoriya Xəbərlər

shutterstock 110530274

2018-2019-cu dərs ilində Bakı şəhərində I sinfə şagird qəbulunun elektron sistemlə həyata keçirilməsinə fevralın 22-dən (saat 10:00), Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda isə martın 12-dən start verilir. 

Gemi.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) sektor müdiri İlhamə Abdullayeva bildirib.

O deyib ki, I sinifə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçiriləcək:

Çap

Magistratura səviyyəsi üzrə yeni ixtisaslar yaradılıb

Tarix . Kateqoriya Xəbərlər

magistratura za rubezhom shag za shagom 1

Nazirlər Kabineti “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”da dəyişikliklər edib.

Gemi.az Oxu.az-a istinadən xəbər verir ki, qərara əsasən ali təhsilin magistratura səviyyəsi üzrə “Humanitar və sosial ixtisaslar qrupu” bölməsində “İnzibati hüquq, inzibati proses, iqtisadi və maliyyə hüququ”, “Tibbi hüquq”, “ Əqli mülkiyyət hüququ”, “ Əmək hüququ: sosial təminat hüququ”, “İdman hüququ” və “Turizm hüququ” ixtisasları yaradılıb.

Çap

Müharibə və 20 Yanvar əlillərinə, şəhid ailələrinə Prezident təqaüdünün artırılması üçün ayrılacaq vəsait məlum olub

Tarix . Kateqoriya Xəbərlər

emek sosial

 

Prezident İlham Əliyevtərəfindən müharibə əlillərinə, 1990-cı ilin 20 Yanvarhadisələri ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Prezident təqaüdünün artırılması haqqında 19 fevral 2018-ci il tarixli Sərəncamların imzalanması bu təbəqələrdən olan vətəndaşların rifah halının yaxşılaşdırılmasına göstərilən diqqət və qayğının növbəti təzahürüdür. Prezidentin “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” 19 fevral 2018-ci il tarixli Sərəncamı 12 556 şəhid ailəsinə şamil olunacaq.

Gemi.az məlumat verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən xəbərə görə, sərəncamla şəhid ailələrinə Prezident təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10% artırılacaq və bu artımın həyata keçirilməsi üçün  dövlət büdcəsindən ilin sonunadək 2,9 mln. manat  əlavə vəsaitin ayrılması təmin olunacaq.

Çap

Arif Babayev “Şərəf” ordeni ilə təltif edilib

Tarix . Kateqoriya Xəbərlər

arif babayev 0256

Prezident İlham Əliyev fevralın 19-da Arif Babayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Arif İmran oğlu Babayev “Şərəf” ordeni ilə təltif edilsin.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə