Çap

Prezident Gənclər Fonduna icraçı direktor təyin etdi

Tarix . Kateqoriya Xəbərlər

gencler fondu logo 220515

Prezident İlham Əliyev F.T.Cəfərovun Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Gemi.az Oxu.az-a istinadən xəbər  verir ki, döblət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Müşahidə Şurasının sədri

Məmmədəliyev Yusuf Ülfət oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri

Müşahidə Şurasının üzvləri

Çap

Seçkiqabağı təşviqat yerləri müəyyənləşdi

Tarix . Kateqoriya Xəbərlər

1518096192 pre

Aprelin 11-nə təyin edilən Prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat aparmaq üçün ölkənin şəhər və rayon mərkəzlərində müəyyən edilən açıq və qapalı yerlərin siyahısı açıqlanıb. 

Gemi.az-ın Oxu.Az-a istinadən xəbərinə görə, yerlər “Sərbəst toplaşmaq azadlığı haqqında” qanununa müvafiq olaraq ayrılıb.

Bunun üçün ölkənin 76 şəhər və rayonunda yer müəyyən edilib. 

Müəyyənləşdirilən ünvanların sayı isə 152-dir.

Çap

Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Tarix . Kateqoriya Xəbərlər

uju

Aİ Şurası Ukrayna ətrafındakı vəziyyətə görə 150 nəfər və 38 təşkilatla bağlı sanksiyaları daha yarım il müddətinə, sentyabrın 15-nə qədər uzadıb. 

Gemi.az-ın Oxu-az-a istinadən verdiyi xəbərə görə, bu barədə Aİ Şurasının saytında yerləşdirilən elanda məlumat verilib. 

Qeyd edilir ki, birlik “Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini sarsıdan və ya təhlükə altına qoyan hərəkətlərə görə” məhdudlaşdırıcı tədbirlərin vaxtını uzadıb. 

Çap

Prezident seçkiləri ilə əlaqədar xaricdə yaradılacaq 41 seçki məntəqəsində 13 820 seçisi səs verəcək

Tarix . Kateqoriya Xəbərlər

msk 22

Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar ölkədən kənarda 41 seçki məntəqəsi yaradılacaq.

 

Gemi.az-ın APA-ya istinadən məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədrinin müavini Natiq Məmmədov bildirib.

 

MSK-nın iclasında ölkə hüdudlarından kənarda səs verəcək seçicilərin seçici siyahılarına salınması məqsədi ilə 16 saylı Yasamal İkinci və 17 saylı Yasamal Üçüncü Seçki dairələri müəyyən edilib.

Çap

Buraxılış imtahanında iştirak edəcək şagirdlərin nəzərinə

Tarix . Kateqoriya Xəbərlər

examen suenos euroresidentes

Martın 18-də Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı rayonlarının, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin - internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.

Gemi.az-ın Oxu-a istinadən məlumata görə, martın 18-də ilk-peşə ixtisas təhsili müəssisələrinin məzunlarının tam orta təhsil səviyyəsi üzrə (11-ci sinif) buraxılış imtahanı da keçiriləcək.

Buraxılış imtahanında iştirak edəcək şagirdlər http://eservices.dim.gov.az/sagirdbv/ linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Çap

I sinfə elektron qəbul başlayıb

Tarix . Kateqoriya Xəbərlər

E923989DD235E966874A43667347E781

Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda 2018-2019-cu tədris ili üzrə birinci sinfə elektron sənəd qəbulu başlayıb.

Gemi.az Oxu.az-a istinadən xəbər verir ki, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçiriləcək.

Sentyabrın 15-dək davam edən elektron ərizənin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər.

Çap

Azərbaycan yaşayış üçün ən ucuz ölkələr siyahısında

Tarix . Kateqoriya Xəbərlər

baku 2705195 30

Azərbaycan GOBankingRates nəşri tərəfindən hazırlanan dünyanın yaşamaq üçün ən əlverişli ölkələri siyahısında 35-ci yerdə qərarlaşıb.

Gemi.az-ın  Oxu.Az-a istinadən xəbərinə görə, yaşayış üçün əlverişlilik reytinqi beş əsas amil - yerli alıcılıq qabiliyyətinin gücü, kirayə, ərzaq, istehlak və restoran qiymətlərinin indeksləri Nyu-Yorkla müqayisə əsasında tərtib edilib.

Nəşr qeyd edir ki, Azərbaycan iqtisadiyyatının əsas qüvvəsi neft və neft məhsulları da daxil olmaqla təbii resurslardır. Azərbaycanda qida məhsulları və istehlak mallarının aşağı qiymətə olması da vurğulanır. Məsələn, Bakıda yaşayış dəyəri Nyu-Yorkla müqayisədə 70% ucuz başa gəlir.

Çap

IX sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək

Tarix . Kateqoriya Xəbərlər

ekzamen

Martın 11-də respublikanın 27 şəhər və rayonunda IX sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.

Gemi.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən (DİM) Oxu.Az-a verilən məlumata görə, qurum tərəfindən 11 mart 2018-ci il tarixində Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran rayonlarının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə (IX sinif) buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.

Həmin gün ümumilikdə 39496 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

Bu imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə martın 4-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Çap

Magistraturaya qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı statistik göstəricilər açıqlanıb

Tarix . Kateqoriya Xəbərlər

 

DIM

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələri ilə bağlı bəzi statistik göstəricilər açıqlanıb.

 

Gemi.az xəbər verir ki, DİM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahanla bağlı müəyyən statistik göstəricilər 2017-ci ildə keçirilən analoji imtahanla müqayisəsi olunub.

 

Bu il imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən bakalavrların sayı 12387 nəfər olub. Ötən ilə isə 13081 bakalavr ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim edib. Ötən il magistraturaya qəbul imtahanının birinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlardan 109 nəfər, bu il isə 146 nəfər imtahana gəlməyib. Xatırladaq ki, iki il bundan öncə isə bu rəqəm dəfələrlə artıq - 1695 nəfər idi.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə