Çap

Bakalavriat səviyyəsində “İslamşünaslıq” ixtisası yaradıldı

Tarix . Kateqoriya Xəbərlər

telebeleryeni

Azərbaycanın ali təhsil müəssisələrində “İslamşünaslıq” ixtisası yaradılıb.

Gemi.az-ın Report-a istinadən xəbərinə görə, Nazirlər Kabineti “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən, təsnifatın “Humanitar və sosial ixtisaslar qrupu” bölməsinə “İslamşümaslıq” ixtisası əlavə edilib. İndiyə qədər isə yalnız “Dinşünaslıq” ixtisası tədris olunub.

Çap

Bağban, xadimə və ixtisas dərəcəsi olmayan fəhlələrin maaşları artırılıb

Tarix . Kateqoriya Xəbərlər

cedvel

Azərbaycanda dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.

Gemi.az-ın Oxu.az-a istinadən məlumatına görə, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərara əsasən, Nazirlər Kabinetinin “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarında dəyişiklik edilib.

Çap

İlham Əliyev və xanımı Novruz şənliyində

Tarix . Kateqoriya Xəbərlər

17

Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər.

Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər.

Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb.

Çap

Azərbaycanda tələbələr universiteti 4 ildən tez də bitirə bilərlər

Tarix . Kateqoriya Xəbərlər

Magist

Azərbaycan ali təhsil siyasəti universitetlərdə tətbiq olunan Boloniya sistemi ilə yürüdülür. Bu sistem tələbəyə əvvəlki sistemdən fərqli olaraq daha geniş imkanlar və sərbəstlik verir. Boloniya sisteminə görə, tələbə universitetdə məcburi saxlanılmır. O, istənilən vaxt mühazirələrə gələ bilər, ən əsası keçilən dərs barədə məlumatları oxuduğu fakultədən elektron variantda götürə və semestr sonu gəlib imtahanını verə bilər.

Universiteti 4 ildən tez bitirmək faktı da Boloniya sisteminin prinsiplərindən biri hesab edilir.

 

Bəs görəsən universiteti 4 ildən tez bitirmək təcrübəsi yerli ali təhsil ocaqlarında tətbiq olunurmu?

 

Gemi.az xəbər verir ki, bu məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, Boloniya sisteminin prinsiplərinə uyğun olaraq tələbə universiteti 4 ildən tez bitirə bilər.

Çap

Prezident UNESCO-nun xoşməramlı səfirinə “Dostluq” ordeni təqdim edib

Tarix . Kateqoriya Xəbərlər

00142

Prezident İlham Əliyev ELPIDA Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri xanım Marianna Vardinoyannisə “Dostluq” ordenini təqdim edib.

Dövlət başçısı keçən ilin dekabrında Azərbaycan və Yunanıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə ELPIDA Assosiasiyasının prezidenti, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannisin “Dostluq” ordeni ilə təltif edildiyini bildirdi. Prezident İlham Əliyev Marianna Vardinoyannisin bəşəri dəyərlərin təşviqindəki fəaliyyətinin yüksək qiymətləndirildiyini qeyd edərək, ordeni ona təqdim edib.

Çap

ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsindən gedir

Tarix . Kateqoriya Xəbərlər

sekuta

 

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta mart ayının sonunda Bakıdakı diplomatik fəaliyyətini başa vuracaq.

 

Gemi.az-ın Modern.az-a istinadən verdiyi məlumata görə, bu barədə səfirlikdən bildirilib.

 

Səfirlik qeyd edib ki, Robert F. Sekuta Azərbaycanda üç ildən çox, Dövlət Departamentində isə uzun müddət çalışdıqdan sonra, Bakıdakı vəzifəsini mart ayının sonunda bitirməyə və daha sonra isə diplomatik xidmətini başa vurub təqaüdə çıxamağa qərar verib:

Çap

Sınaq imtahanına sənəd qəbulu başlayıb

Tarix . Kateqoriya Xəbərlər

ekzamen

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədilə aprelin 15-də ikinci sınaq imtahanı keçiriləcək.

Gemi.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Məlumatda bildirilib ki, sınaq imtahanları 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır.

Sınaq imtahanına qeydiyyat bu gün saat 10:00-dan aprelin 11-i saat 10:00-dək aparılacaq.
Sınaq imtahanının 18 şəhər və rayonda keçirilməsi nəzərdə tutulur. 

Çap

Mehriban Əliyeva beynəlxalq mükafata layiq görülüb

Tarix . Kateqoriya Xəbərlər

Mehriban Aliyeva

Azərbaycanın I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Nizami Gəncəvi Beynəlxalq Mükafatı təqdim edilib. 

Gemi.az  APA-ya istinadən xəbər verir ki, Mehriban Əliyeva təhsil və mədəniyyətə verdiyi töhfələrə görə bu mükafatla təltif olunub. 

Təqdimat bu gün “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunda baş tutub.

Çap

Polis Akademiyasında fəlsəfə doktoru hazırlanacaq

Tarix . Kateqoriya Xəbərlər

 454312

 

Azərbaycanda doktorantura yaradılan təhsil müəssisələrinin sayı artırılıb. 

 

Gemi.az bu məlumatı Apa-ya istinadən verir.

 

Nazirlər Kabineti  bununla bağlı “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edib.  

Çap

Dördtərəfli görüşün proqramı açıqlanıb

Tarix . Kateqoriya Xəbərlər

87bbdb75 f748 4c83 b687 7cdf5e53977d

Sabah Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidzenin iştirakı ilə Azərbaycan-Türkiyə-İran-Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçiriləcək.

Gemi.az bu barədə məlumatı Oxu.az-a istinadən verir.

Bildirilib ki, görüşdə ikitərəfli və üçtərəfli əsasda olan əməkdaşlığı tamamlayaraq dördtərəfli əsasda region ölkələri arasında regional sülh, sabitlik və təhlükəsizliyin gücləndirilməsi, iqtisadi, nəqliyyat, enerji, turizm, mədəniyyət və digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə