Çap

TQDK magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirib

Tarix . Kateqoriya Xəbərlər

  tqdk 975

 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016-cı il iyunun 05-də 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirib. 

İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 16 imtahan mərkəzində aparılıb. 

Gemi.az-ın  Tqdk-ya istinadən verdiyi məlumata görə, imtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanıb və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılıb. 

Çap

TQDK magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirəcək

Tarix . Kateqoriya Xəbərlər

 

  masterr

 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016-cı il iyunun 05-də 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirəcək. 

Gemi.az-ın TQDK-ya istinadən verdiyi məlumata görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 16 imtahan mərkəzində aparılıcaq. 

İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanır və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır. 

Çap

“Formula 1” ilə bağlı Bakıdakı ali məktəb və kolleclərdə imtahanların keçirilmə vaxtı dəyişdirilib

Tarix . Kateqoriya Xəbərlər

 

  students giving exam

 Bu il Bakıda keçiriləcək "Formula-1" yarışları ilə əlaqədar olaraq paytaxtdakı ali təhsil müəssisələrində və kolleclərdə yay imtahanlarının keçirilmə vaxtı dəyişdirilib.

Gemi.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov Trend-ə bildirib ki, elm, ali və orta ixtisas təhsili şöbəsi yarışlar keçirilən müddətdə müəllim və tələbələrin imtahanlarda iştirakında hər hansı problemin yaranmaması üçün universitetlərdən, orta ixtisas təhsil müəssisələrinin rəhbərlərindən iyunun 15-dən 20-dək imtahan təyin olunmamasını xahiş edib. Digər günlərdə isə imtahanlar əvvəlcədən təyin olunduğu qaydada davam etdiriləcək.

Çap

Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci ildə “Dünyada ilin adamı” seçilib

Tarix . Kateqoriya Xəbərlər

  ilin adami 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci ildə “Dünyada ilin adamı” seçilib.

Gemi.az-ın Azertac-a istinadən verdiyi məlumata görə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və enerji mənbələrinin şaxələndirilməsinə mühüm töhfə verir. Qlobal transmilli layihələrin həyata keçirilməsində böyük təcrübə toplamış Azərbaycanın ciddi səyləri və liderliyi sayəsində müxtəlif ölkələrin təmsil olunduğu böyük komanda formalaşdırılıb, “XXI əsrin layihəsi” olan “Cənub” qaz dəhlizinin, onun tərkib hissəsi kimi “Şahdəniz-2”, TANAP və TAP layihələrinin reallaşdırılmasına başlanıb və hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir.

Çap

Məktəbi bitirə bilməyənlər üçün keçirilmiş imtahanların nəticələri açıqlanıb

Tarix . Kateqoriya Xəbərlər

  imthan

 Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub, ümumi orta və tam orta təhsilini bitirə bilməyən şəxslər üçün mayın 11, 12 və 13-də eksternat qaydasında imtahanlar keçirilib.

 

Gemi.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, eksternat imtahanlarında iştirak etmək üçün 533 nəfər qeydiyyatdan keçib, Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə baş tutmuş imtahanda isə 506 nəfər iştirak edib.

Çap

Mayın 22-də keçirilən qəbul imtahanında ən yüksək nəticə 690 bal olub.

Tarix . Kateqoriya Xəbərlər

 

  netice

 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) may ayının 22-də ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini mayın 24-də saat 16:24-dən etibarən açıqlayıb.

Gemi.az-ın TQDK-ya istinadən verdiyi məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahan nəticələrini, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Çap

Azərbaycanda daha çox hansı sahələr üzrə doktorantlar lazımdır?

Tarix . Kateqoriya Xəbərlər

  students 061213

Ölkənin elmi kadr potensialının orta yaş həddi ildən-ilə yüksəlir.

Gemi.az-ın Trend-ə istinadən  məlumatına görə, bunu Təhsil nazirinin müavini Ceyhun Bayramov Təhsil Nazirliyinin təşkilatçılığı ilə bu gün keçirilən doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransının açılış mərasimində çıxış edərkən deyib.

C.Bayramovun sözlərinə görə, Təhsil Nazirliyi sistemində çalışan elmlər doktorlarının yaş həddinin təhlili göstərir ki, dövlət ali təhsil müəssisələrində 30 yaşa qədər elmlər doktoru yoxdur: "65 yaşdan yuxarı olanların sayı isə 68,7 faiz təşkil edir. Fəlsəfə doktoru üzrə göstəricilərə gəldikdə, onların yaş nisbəti 30 yaşa qədər 0,8 faiz, 65 yaşdan yuxarı olanların sayı isə 37,8 faizdir. Bu sahədə mövcud elmi potensial üçün arzu olunan səviyyəni gənclərin elmə marağını artırmaqla nail olmaq olar. Yüksək ixtisaslı elmi kadrların hazırlanması qarşıda duran əsas vəzifələrdən biridir".

Çap

Azərbaycanda daha çox hansı sahələr üzrə doktorantlar lazımdır?

Tarix . Kateqoriya Xəbərlər

  students 061213

Ölkənin elmi kadr potensialının orta yaş həddi ildən-ilə yüksəlir.

Gemi.az-ın Trend-ə istinadən  məlumatına görə, bunu Təhsil nazirinin müavini Ceyhun Bayramov Təhsil Nazirliyinin təşkilatçılığı ilə bu gün keçirilən doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransının açılış mərasimində çıxış edərkən deyib.

C.Bayramovun sözlərinə görə, Təhsil Nazirliyi sistemində çalışan elmlər doktorlarının yaş həddinin təhlili göstərir ki, dövlət ali təhsil müəssisələrində 30 yaşa qədər elmlər doktoru yoxdur: "65 yaşdan yuxarı olanların sayı isə 68,7 faiz təşkil edir. Fəlsəfə doktoru üzrə göstəricilərə gəldikdə, onların yaş nisbəti 30 yaşa qədər 0,8 faiz, 65 yaşdan yuxarı olanların sayı isə 37,8 faizdir. Bu sahədə mövcud elmi potensial üçün arzu olunan səviyyəni gənclərin elmə marağını artırmaqla nail olmaq olar. Yüksək ixtisaslı elmi kadrların hazırlanması qarşıda duran əsas vəzifələrdən biridir".

Çap

İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub

Tarix . Kateqoriya Xəbərlər

 

 ERDOQAN final

 İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

 Gemi.az-ın Azərbaycan  Prezidentinın  mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi və bütün digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Mütəmadi xarakter daşıyan yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd olundu. İstanbulda keçirilən Dünya Humanitar Sammitinin beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verdiyi bildirildi.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə