Çap

Sosial yardım üçün müraciətin nəticəsini telefonla öyrənmək mümkün olacaq

Tarix . Kateqoriya Xəbərlər

  dsmf

 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemində (VEMTAS) sosial yardım üçün edilmiş müraciətlərə məmur müdaxiləsi mümkün olmadan, şəffaf şəraitdə baxılaraq, nəticəsi barədə vətəndaşların “Ərizə-bəyannamə”də qeyd etdikləri əks əlaqə vasitələrinin birinə (mobil telefona, şəxsi kabinetinə və s.) elektron formada məlumat göndərilir. 

   Gemi.az-ın  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən verdiyi məlumatına görə,  vətəndaşların həmin məlumatları almaq imkanlarının daha da sadələşdirilməsi üçün onlara sosial yardımın təyin olunması və ya imtina edilməsi barədə məlumatları sadəcə telefon vasitəsilə nazirliyin mərkəzləşdirilmiş informasiya sistemindən birbaşa əldə etmək imkanı da yaradılıb. Nazirliyin 142-“Çağrı mərkəzi”nin fəaliyyətinin elektron texnologiyaların tətbiqi əsasında təkmilləşdirilməsi, onun əhaliyə xidmət funksiyalarının genişləndirilməsi işlərinin davamı olaraq, “Çağrı mərkəzi” tərəfindən artıq qeyd edilən istiqamətdə məlumat xidməti əhalinin istifadəsinə verilib. 

Çap

İlham Əliyev İndoneziyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Tarix . Kateqoriya Xəbərlər

 

indoneziya

Prezident İlham Əliyev İndoneziya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fananinin etimadnaməsini qəbul edib. 

Gemi.az-ın Azərbaycan prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycan ilə İndoneziya arasında əlaqələrin uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində yaxşı əməkdaşlıq etdiyini vurğuladı, ölkəmizə verdiyi dəstəyə görə İndoneziyaya təşəkkürünü bildirib. Tərəfdaşlıq əlaqələrimizə toxunan Prezident İlham Əliyev Azərbaycanın İndoneziya ilə daha yaxın əlaqələr qurmaqda maraqlı olduğunu söyləyib. Ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil, mədəni, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlıq əlaqələrinin mövcud olduğunu deyən Prezident İlham Əliyev bu əlaqələrin gələcəkdə uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Çap

Müəllimlərin yerdəyişməsi üzrə müsabiqə

Tarix . Kateqoriya Xəbərlər

 

001 27.07.15

 

Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi üzrə müsabiqə elan edib.

 

Gemi.az-ın Təhsil Nazirliyinə istinadən verdiyi məlumata görə, müsabiqə 3 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) ibarətdir.

Çap

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edir.

Tarix . Kateqoriya Xəbərlər

 

 ali mekteblere sened qebulu basladi

 Ərizələrinin qəbulu mayın 3-dən 17-dək aparılıcaq. Ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müraciət edən abituriyentlər TQDK-nın müvafiq internet səhifəsinə  daxil olub, şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldururlar. Virtual ödəmə kartını internet ödəmə xidmətləri vasitəsi ilə və ya  7725  nömrəsinə boş SMS göndərməklə əldə etmək olar.

Gemi.az-ın TQDK-ya istinadən verdiyi məlumata görə, I-IV ixtisas qrupları üzrə elektron ərizələrini təsdiq etdirmiş abituriyentlərin V ixtisas qrupuna və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd verməsi üçün yenidən ödəmə kartı əldə etmələrinə ehtiyac yoxdur. Onlar əvvəlki iş nömrəsi və şifrdən istifadə etməklə ərizələrini təsdiq edə bilərlər.

Çap

"Bakı Marafonu 2016" qaliblərinin mükafatlandırma mərasimi keçirilib (FOTO)

Tarix . Kateqoriya Xəbərlər

  trend marafon mukafat 010516 5

Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil edilmiş "Bakı Marafonu 2016" qaliblərinin mükafatlandırma mərasimi olub.

Gemi.az-ın  Trend-ə istinadən verdiyi məlumata görə, Bakı Marafonu 2016-da kişilər arasında finiş xəttini birinci həmyerlimiz Namiq Əsədov keçib. İkinci yeri Gürcüstan təmsilçisi Georgi Dameniya, üçüncü yeri isə Tural Sadıxlı tutub.

Qadınlar arasında isə finiş xəttini birinci Rahidə Aslanova keçib. İkinci yeri Bakıda yaşayan Böyük Britaniya vətəndaşı Nataşa Peterson, üçüncü yeri isə Rəqsanə Rəcəbli tutub.

1-ci yerin qalibi 3000 AZN, 2-ci yerin qalibi 2000 AZN, 3-cü yerin qalibi isə 1000 AZN mükafata sahib olub.

Çap

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Tərtər, Bərdə və Ağdam rayonlarında olub

Tarix . Kateqoriya Xəbərlər

 

 

  herbi terter

 

  Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Bərdə və Ağdam  rayonlarında olublar.

 

 Gemi.az-ın Apa-ya istinadən verdiyi  məlumata  görə, dövləti başçısı əvvəlcə Tərtər rayonundakı “N” saylı hərbi hissəyə gəlib.

Müdafiə naziri Zakir Həsənov  təmas xəttindəki son vəziyyət barədə Ali Baş Komandan İlham Əliyevə  məlumat verib. Prezident İlham Əliyev  hərbi hissənin qərargahı, yeməkxanası və kazarması ilə tanış olub. Ali Baş Komandan hərbçilərlə görüşüb, təmas xəttində Ermənistan ordusunun törətdiyi təxribatların qarşısını alarkən şücaət göstərmiş döyüşçülərə hədiyyələr təqdim edib.

Çap

Müəllimlərin işə qəbulu və iş yerinin dəyişdirilməsi ilə bağlı ərizə qəbulunun vaxtı açıqlanıb

Tarix . Kateqoriya Xəbərlər

ise qebul

 

“Mövcud qaydalara əsasən, müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə müsabiqədə iştirak etmək üçün namizədlər iyun ayının 1-dən 12-nə kimi, müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün namizədlər isə iyul ayının 1-dən 17-nə kimi elektron ərizə ilə müraciət etməlidirlər”.

Çap

Azərbaycanlı həkim Rusiyada NAZİR təyin olundu

Tarix . Kateqoriya Xəbərlər

 

 suleymanov

Rusiyanın Çeçnistan Respublikasında səhiyyə naziri postuna azərbaycanlı təyin olunub.

Gemi.az-ın Diaspora.az-a istinadən verdiyi məlumata görə,  Rusiya KİV-i  xəbər verir ki, ölkə başçısı Ramzan Kadırovun sərəncamı ilə Elxan Süleymanov bu posta təyin olunub.

 Uzun illər Moskvada onkoloji dispanserdə çalışan Süleymanov 2014-cü ildə Kadırovun təkidi ilə Moksvada Qroznıya köçüb və yerli tibb müəssisəsinə rəhbərlik edib.

Çap

Jurnalistika ixtisası üzrə magistraturaya qəbul olunmaq istəyən bakalavrların qabiliyyət imtahanı başa çatıb.

Tarix . Kateqoriya Xəbərlər

 

jurnalistika

 Jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul üçün qabiliyyət  imtahanı başa çatmışdır.

Gemi.az-ın TQDK-ya istinadən verdiyi məlumata görə, imtahanda  magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və aprelin 11‑dən 20‑dək TQDK-nın internet saytı vasitəsilə jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq üçün qeydiyyatdan keçmiş 25 bakalavrdan 22 nəfəri iştirak etmişdir. Qeydiyyatdan keçmiş üç bakalavr imtahanda iştirak etməyib, 1 bakalavr isə “qeyri-məqbul” qiymət almışdır. Qabiliyyət imtahanından “məqbul” qiymət almış 21 bakalavr  may ayının 3-dən 10-dək olan müddətdə aparılacaq proqram seçimi zamanı jurnalistika üzrə 44 saylı proqramı seçmək hüququ qazanmışdır.

Çap

Pedaqoji Universitetin filialları Bakı Dövlət və İqtisad universitetlərinə verildi

Tarix . Kateqoriya Xəbərlər

 ilham aliyev imza 251114

Prezident İlham Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax və Zaqatala filialları barədə sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, regionların sosial-iqtisadi inkişafı üçün yüksək ixtisaslı kadrlara tələbatı təmin etmək, bölgələrdə yaşayan gənclərin seçdikləri ixtisaslar üzrə keyfiyyətli ali təhsilə çıxış imkanlarını genişləndirmək, eləcə də ali təhsil müəssisələrinin mövcud maddi-texniki və kadr potensialından istifadənin səmərəliliyini artırmaq məqsədilə 2016-cı il iyul ayının 1-dən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialı Bakı Dövlət Universitetinin Qazax filialı, Zaqatala filialı isə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı hesab edilsin.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə