Çap

İlham Əliyev İranın kənd təsərrüfatı nazirinin başcılıq etdiyi nümayəndə heyətini qəbul edib

Tarix . Kateqoriya Xəbərlər

 

irann

Prezident İlham Əliyev İran İslam Respublikasının kənd təsərrüfatı naziri Mahmud Höccətinin başcılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Gemi.az-ın Azərbaycan prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafının razılıq doğurduğunu dedi. Azərbaycan ilə İranın dost, qardaş, qonşu ölkələr olduğunu vurğulayan Prezident İlham Əliyev hər iki ölkənin siyasi rəhbərliyinin İran-Azərbaycan əlaqələrinin daha da yüksək səviyyədə olması üçün çalışdıqlarını məmnunluqla qeyd etdi.

Çap

TQDK mayın 15-də II və III ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları ) üçün qəbul imtahanı keçirib

Tarix . Kateqoriya Xəbərlər

 

  exam 1356851a

 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) may ayının 15-də ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib. 
İmtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 27 binada aparılıb. 

Gemi.az TQDK-ya istinadən xəbər verir ki, imtahan bütün binalarda saat 11:00-da başlanıb və 3 saat davam edib. 

Çap

ADA Universiteti və "Təmiz Şəhər" məktəblilər üçün yay düşərgəsi təşkil edir

Tarix . Kateqoriya Xəbərlər

   yay dusergesi ada temiz sheher 140516 02

 ADA Universiteti və "Təmiz Şəhər" ASC iyun və iyul aylarında məktəblilər üçün yay düşərgəsi təşkil edir. Öyrədici və əyləncəli fəaliyyətlərin nəzərdə tutulduğu düşərgədə 13-17 yaşlarında olan yeniyetmələr iştirak edə bilər.

Gemi.az-ın  Trend-ə istinadən verdiyi məlumata görə, düşərgə proqramı akademik və yaradıcı hissədən ibarət olacaq: iştirakçılar ümumi dünyagörüşünü, məntiqi və tənqidi təfəkkürünü inkişaf etdirəcək, yeni dostlar qazanacaq, eyni zamanda qabiliyətlərini bir daha kəşf edəcəklər. Məktəblilərə kommunikasiya, media, fotoqrafiya, kompüter proqram təminatı kimi sahələr üzrə də dərslər keçiləcək.

Çap

IV İslam Həmrəyliyi oyunların açılışına geriyə sayım başladı

Tarix . Kateqoriya Xəbərlər

 
baku2017
12 May 2016-cı il tarixdə Dənizkənarı Milli Parkda 2017-ci ildə Bakıda start götürəcək IV İslam Həmrəyliyi oyunarının başlamasına həsr olunmuş idman tədbiri keçirildi.
Gemi.az-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi məlumata görə, tədbirdə gənclər və idman naziri, IV İsıam Həmrəyliyi oyunlarının icraçı direktoru Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə,  İslam Həmrəyliyi İdman Federasiyasının 1-ci vitse prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, Polkovnik Hamad Kalkaba Malboum, İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Koordinasiya Komissiyasının rəhbər işçiləri, İslam dövlətinin Milli Olimpiya Komitələrinin (NOC) üzvləri və digər qonaqlar iştirak edirdilər.
Çap

Müəllimlərin vakant yerlərdən imtina etməsi halları azalacaq

Tarix . Kateqoriya Xəbərlər

  muellimlerin ishe qebulu

 Azərbaycanda müəllimlərin işə qəbulu ilə əlaqədar keçirilən müsabiqədə iştirak edən namizədlər üçün vakant yerlərin seçim sayının 8-dən 4-ə endirillməsi vakant yerlərdən imtina edilməsi hallarının sayının azaldılmasına səbəb olacaq. Gemi.az-ın  Trend-ə istinadən verdiyi məlumata görə, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehlinin sözlərinə görə, əvvəlki illərdə vakant yerlər elektron ərizə doldurularkən seçilirdi: "Bu zaman həmin vakant yeri seçən namizəd test imtahanından keçsə də, sonradan müəyyən səbəblər üzündən həmin yerdən imtina edirdi. Ancaq artıq imtahanda müvafiq balı toplayan namizədlər həmin yerdən imtina edərlərsə, müsabiqənin növbəti yerləşdirilməsində iştirak edə bilməzlər. Bu dəyişiklik nəcitəsində imtina etmənin faizi azalacaq, namizədlərin məsuliyyəti artacaq. Çünki namizəd test imtahanından sonra vakant yerləri seçəcək. Buna görə də o, artıq özü biləcək ki, hansı vakant yer onun balına uyğundur və bu balla onun harada işləmək imkanları var".

Çap

“Hər kağızı bir yarpağa dəyişək” layihəsi davam edir

Tarix . Kateqoriya Xəbərlər

 

kagiz

 

IDEA İctimai Birliyinin təşəbbüsü, Təhsil Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi ilə kağız tullantıların toplanmasına həsr olunmuş “Hər kağızı bir yarpağa dəyişək” layihəsi davam edir.

 

Gemi.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhərində fəaliyyət göstərən bütün məktəblər də aksiyaya qoşulublar. Toplanılan kağız tullantıları Nərimanov rayonundakı 178 nömrəli tam orta məktəbə təhvil verilib.

Çap

TQDK mayın 15-də əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcəkdir.

Tarix . Kateqoriya Xəbərlər

 

  exam

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) may ayının 15-də 2016/2017‑ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcəkdir.

İmtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 27 binada aparılacaq.

Gemi.az TQDK-ya istinadən məlumat verir ki, imtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

Çap

TQDK-dan XƏBƏRDARLIQ: Güzəşt olmayacaq

Tarix . Kateqoriya Xəbərlər

tqdka

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il keçiriləcək buraxılış imtahanlarında cəbhə bölgəsində təhsil alan şagirdlərə güzəştlərin ediləcəyi ilə bağlı məlumatlara münasibət bildirib. 

Gemi.az xəbər verir ki, bu barədə TQDK-dan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Komissiya cəbhə bölgəsində yaşayan şagirdlərin və abituriyentlərin problemlərinə həssaslıqla yanaşır. 

Çap

Azərbaycan və Ermənistan hərbçilərinə cəbhədə yaradılan şəraitin arasındakı böyük fərq (FOTO)

Tarix . Kateqoriya Xəbərlər

 

 

ferq

 

 

Təqdim olunan foto materiallarda azad edilmiş ərazilərdə erməni əsgərlərinin 22 il ərzində "yaşayışı üçün" yaradılmış şərait əks olunub.

 

Gemi.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki,  tərifi "göylərə sığmayan Ermənistan ordusunun" necə acınacaqlı vəziyyətdə xidmət etdiklərini bu fotolardan açıq-aydın müşahidə etmək olur. 


Fərq müqayisə zamanı daha aydın görünür. Təqdim edilən materiallardan da göründüyü kimi aclıq, səfalət, qeyri-insani sosial şəraitdə yaşayan Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri ilə müqayisəyə gəlməyəcək dərəcədədir.

Çap

Magistratura və doktoranturada təhsil alanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi qanun layihəsindən çıxarıldı

Tarix . Kateqoriya Xəbərlər

  milli meclis

 Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi "Elm haqqında" qanun layihəsindən çıxarılıb.

Gemi.az xəbər verir ki, bu barədə Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli Trend-ə bildirib ki, bu məsələnin layihədən çıxarılmasının səbəbi təmas xəttində gərginliklərin artmasıdır: "Aprel ayından təmas xəttində yüksək gərginlik müşahidə edilir. Eyni zamanda, bu günlərdə 9 mayda II Dünya Müharibəsinin veteranları da Prezidentə müraciət edərək bildirdilər ki, lazım gəlsə, biz də təmas xəttinə gedərək Azərbaycanın haqq işi uğrunda mübarizəsinə kömək edə bilərik. Düşünürəm ki, belə bir zamanda magistr və doktorantlara möhlət hüququnun verilməsi düzgün olmaz".

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə