Çap

“Gənclərin çağırışaqədərki hazırlığı” fənni üzrə nümunə dərslər keçiriləcək

Tarix . Kateqoriya Xəbərlər

 

gch

 

Aprelin 28-də Təhsil Nazirliyi və Təhsil Problemləri İnstitutunun təşkilatçılığı ilə Abşeron rayonu Xırdalan şəhər 2 və 3 nömrəli tam orta məktəblərdə “Gənclərin çağırışaqədərki hazırlığı” fənni üzrə nümunə dərsləri tədris olunacaq.

Gemi.az-ın Təhsil Nazirliyinə istinadən verdiyi məlumata görə, “Hərb tariximiz. Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının tarixi və inkişafı” mövzusunda birinci dərs Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə, “Mühəndis maneələri” mövzusunda ikinci dərs isə Xırdalan şəhər 3 nömrəli tam orta məktəbdə keçiriləcək.

Çap

Fərhad Hacıyev BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda çıxış edib

Tarix . Kateqoriya Xəbərlər

 

7qlobal forum

 BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən Gənclər Forumunun əməkdaşlıq toplantılarının yekunları “Gənclər və sosial inklüzivlik üzrə qlobal gündəlik: Məşğuliyyət üçün ümumi baxış və imkanlar” mövzusunda tədbirdə geniş müzakirə olunub.

Gemi.az xəbər verir ki, Gənclər Fondundan APA-ya verilən məlumata  görə, tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev ötən əsrin sonlarında Azərbaycanın müharibə ilə üzləşdiyini, ərazilərinin 20 faizinin işğal olunduğunu və bu ərazilərin dağıntılara məruz qaldığını diqqətə çatdırıb. O, Azərbaycan hökumətinin gənclərin multikultural dəyərlər əsasında formalaşmasına, sülhməramlı tədbirlərdə fəal iştirak etmələrinə hər zaman böyük önəm verdiyini xüsusi vurğulayıb.

Çap

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana işgüzar səfəri başa çatıb

Tarix . Kateqoriya Xəbərlər

erdogan

Aprelin 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına işgüzar səfəri başa çatıb.

GEMİ.az  AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Çap

Cəbhədə vəziyyət yenidən gərgindir

Tarix . Kateqoriya Xəbərlər

6000

Aprelin 26-sı saat 01.05-dən başlayaraq saat 04.25-dək erməni silahlı bölmələri tərəfindən Tərtər şəhəri və rayonun ərazisi, eləcə də Qapanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və BM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub.

 Gemi.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə,  Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.

Çap

Bakıda daha bir Gənclər Evi açıldı

Tarix . Kateqoriya Xəbərlər

qencler evi 250416

Aprelin 25-də Bakıda növbəti Gənclər Evinin açılış mərasimi keçirilib.

Gemi.az-ın Trend-ə istinadən  məlumatına görə, tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov və digər rəsmilər iştirak ediblər.

Çap

Şəki şəhəri 2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilib

Tarix . Kateqoriya Xəbərlər

Sheki 4

TÜRKSOY-un Mədəniyyət Nazirlərinin Daimi Şurasının 33-cü toplantısı çərçivəsində Türkmənistanın Mari şəhərində keçirilən mədəniyyət məsələləri üzrə məsul nazirlərin toplantısında Şəki şəhəri 2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilib.

Gemi.az-ın  Trend-ə istinadən verdiyi məlumata görə, Mədəniyyət Nazirliyindən bildirilib ki, Şəki Türk dünyasının mədəniyyət paytaxtı seçilən 5-ci şəhərdir.

Bununla əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və TÜRKSOY-un birgə tədbirlər planı hazırlanıb.

Çap

Məleykə Abbaszadə: “Universitetlər bizə sifariş verə biləcək”

Tarix . Kateqoriya Xəbərlər

 

melek

 

“Ali məktəblərə qəbul imtahanlarda iştirak edənlər bu vaxta qədər cüzi miqdarda ödəniş edirdilər. Lakin bu ödənişlər hər bir abituriyent üçün xərclənən vəsaiti ödəmirdi. Əsas xərcləri dövlət öz üzərinə götürürdü”.

 

Gemi.az-ın Publika.az-a istinadən verdiyi xəbərə görə, bu sözləri Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Günün nəbzi” proqramında yeni qurumun ali məktəblərlə bundan sonrakı fəaliyyətindən danışarkən deyib. 

Çap

İxtisasların 80 %-ə yaxını ləğv olunacaq

Tarix . Kateqoriya Xəbərlər

mika

 Proqnozlara görə, əmək bazarına çıxan bugünkü ixtisasların 80 faizə yaxını 2025-ci ildə mövcud olmayacaq.

Gemi.az-ın Atv.az-a istinadən verdiyi məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov bildirib ki, avtomatlaşdırıla bilən bütün ixtisasların azalması dünya iqtisadiyyatında gedən trenddir: “Yüksək texnoloji inkişaf və sürətli dəyişikliklər dövründə yaşadığımız vaxtda biz bir çox ixtisasların hətta ləğv olunmasını görürük.

Çap

Uşaqlarımızı zərərli informasiyalardan necə qoruyaq?

Tarix . Kateqoriya Xəbərlər

child computers 030215

"Uşaqları internetdə yayılan zərərli informasiyalardan qorumaq, onların mənəvi-əxlaqi dəyərlərimizə uyğun informasiyalar almasını təmin etmək bu gün çox mühüm məsələdir".Gemi.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Musa Quliyev "Telekommunikasiya haqqında" qanuna uşaqların zərərli informasiyalardan qorunması ilə bağlı dəyişikliyə münasibət bildirərkən deyib.

M.Quliyev bildirib ki, dünya təcrübəsində də, xüsusən Avropa ölkələrinin təcübəsində bu məsələ var: "Vətəndaş telekommunikasiya operatoru ilə müqavilə bağlayır ki, hansı saytlara giriş məhdudlaşdırılsın, yaxud uşaqlar üçün xüsusi bir proqram hazırlansın ki, ancaq faydalı saytlara giriş mümkün olsun".

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə