Çap

Zakir Həsənov: "Şəhidlərimizin qisasını alacağıq"

Tarix . Kateqoriya Xəbərlər

zakir

"Bu gün burda danışmaq çətindir, amma biz həqiqəti deməliyik. Yüz illərdir, erməni faşistləri bizə qarşı cinayət törədirlər. Bu cinayətin qarşısı alınmasaydı, yenə davam edəcəkdi".

Gemi.az-ın Apa-ya istinadən  məlumatına görə, bunu şəhid hərbi pilotlar - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimində müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

Çap

İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

Tarix . Kateqoriya Xəbərlər

iclas

Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
 Gemi.az-ın APA-ya istinadən verdiyi  məlumatına görə, iclasın əvvəlində Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alaraq qəhrəmancasına şəhid olan Azərbaycan hərbçilərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çap

İlham Əliyev və Rusiya Hökumətinin Sədri Dmitri Medvedev mətbuata bəyanatlarla çıxış ediblər

Tarix . Kateqoriya Xəbərlər

iclass

“Rusiya Azərbaycan və Ermənistan qədər münaqişənin həllində maraqlıdır”

“Rusiya-Azərbaycan münasibətləri strateji, qarşılıqlı faydalı xarakter daşıyır”.

Gemi.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Rusiyanın baş naziri Dmitri Medvedev Azərbaycan prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, münasibətlər dostluq və qarşılıqlı hörmətə əsaslanır: “İqtisadi durum sadə olmayan bir dövrdən keçir. İqtisadi əlaqələrin və investisiya qoyuluşlarının daha da inkişaf etdirilməsi vacibdir. Bizim böyük enerji və nəqliyyat layihələrimiz var.

Çap

İlham Əliyev “AITF-2016” XV Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub

Tarix . Kateqoriya Xəbərlər

ilham aliyev mehriban aliyeva 99

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində “AITF-2016” XV Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus-2016” X Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar.

Gemi.az-ın Prezident.az-a istinadən verdiyi məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısına və xanımına məlumat verdi ki, 2002-ci ildə təməli qoyulan “AITF” sərgisi bu il 15-ci yubileyini qeyd edir.

Çap

İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib

Tarix . Kateqoriya Xəbərlər

IRAN final

Prezident İlham Əliyev İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.

Gemi.az-ın Prezident.az-a istinadən verdiyi xəbərə görə, İran, Rusiya və Azərbaycan xarici işlər nazirləri arasında ilk görüşün Bakıda keçirilməsinin önəmini qeyd edən dövlətimizin başçısı üçtərəfli görüşün regional əməkdaşlığımızın tarixində yeni səhifə açacağına, bölgədə sülhün və sabitliyin möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi. Xarici işlər naziri Məhəmməd Cavad Zərifin ölkəmizə səfəri zamanı Azərbaycan ilə İran arasında siyasi, iqtisadi, təhlükəsizlik, enerji, nəqliyyat, terrorizmə qarşı mübarizə və digər sahələrdə əməkdaşlıq məsələlərinin bir daha nəzərdən keçiriləcəyinə toxunan Prezident İlham Əliyev hər iki tərəfin bu sahələrdə fikirlərinin üst-üstə düşdüyünü vurğuladı, səfərin ikitərəfli əlaqələrimizi əhatə edən bir sıra mövzular ətrafında fikir mübadiləsi aparılması üçün yaxşı fürsət yaratdığını bildirdi.

Çap

Ali təhsil müəssisələrinin tələbələri arasında Respublika Çempionatının proqramına daxil olan Veloidman növü üzrə yarışlar başa çatıb.

Tarix . Kateqoriya Xəbərlər

veloyarish

Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzi və “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının birbaşa təşkilatçılığı ilə reallaşdırılan yarışlar Respublika Veloparkında keçirilib.

Çap

Təhsil Nazirliyi: Hərbi əməliyyatlar nəticəsində bir məktəbli həlak olub, daha biri yaralanıb

Tarix . Kateqoriya Xəbərlər

ceyhun

Cəbhə bölgəsində baş verən hərbi əməliyyatlar nəticəsində 1 məktəbli yaralanıb, 1 məktəbli isə həlak olub.

Gemi.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə deyib ki, Ağdamın Sarıcalı kənd tam orta məktəbinə mərmi düşüb. Bu hadisə dərs saatı ərzində baş vermədiyindən xəsarət alan olmayıb: “Lakin cəbhə bölgəsinə yaxın ərazidə həyətyanı sahəyə düşən mərmi nəticəsində 13 yaşlı bir şagird yaralanıb. O, xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti yaxşıdır”.

Çap

Düşmən tərəfindən sanitar tibb maşını atəşə tutulub

Tarix . Kateqoriya Xəbərlər

tibbmasini1

Qoşunların təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif istiqamətlərdə mövqelərimiz və yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir.Gemi.az-ın Müdafiə Nazirliyinə əsasən verdiyi məlumata görə, aprelin 7-də cəbhənin Ağdərə-Goranboy istiqamətində düşmən tərəfindən atəşkəsin növbəti dəfə pozulması nəticəsində yaralanan və xəsarət alan mülki əhalini təxliyyə edən sanitar tibb maşını atəşə tutulub.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə