Çap

Cəbhədəki vəziyyətə dair son məlumatlar

Tarix . Kateqoriya Xəbərlər

herbi

Aprelin 4-də axşam saatlarında və aprelin 5-nə keçən gecə ərzində bütün cəbhə boyu vəziyyət gərgin olaraq qalıb.
Gemi.az Müdafiə nazirliyinə istinadən məlumat verir ki, cəbhə xəttinin Xocavənd-Füzuli və Ağdərə-Tərtər istiqamətlərində itirilmiş mövqelərinin geri alınmasının heç bir nəticə vermədiyini anlayan Ermənistan tərəfi qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.
Bu istiqamətdə düşmənin ən iri hərbi bazalarından biri sayılan, Ağdərə şəhərinə aparan əsas yol üzərində və onun şimalında yerləşən strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb.

Çap

Gənclər təşkilatının sədri Sərdar Yusifoğlu cəbhə xəttinə baş çəkib

Tarix . Kateqoriya Xəbərlər

sar

Gənclər təşkilatının sədri cəbhə xəttinə baş çəkib.

“Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyinin (GEMİ) sədri Sərdar Yusifoğlu bir neçə ictimai fəal gənclərlə birlikdə Tərtər rayonuna gedərək, cəbhə xəttindəki vəziyyətlə tanış olub.

GEMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, təşkilat rəhbərliyi Tərtər rayonundakı vəziyyətlə tanış olub, sakinlərlə fikir mübadiləsi aparıb.

S.Yusifoğlu aprelin 2-də şəhid olan Tərtər sakini Nicat İsgəndərovun dəfn mərasiminə qatılıb.

Çap

Təhsil müəssisələrinə ciddi ziyan dəyib

Tarix . Kateqoriya Xəbərlər

mekteb

Məlum olduğu kimi, Azərbaycanın cəbhə boyu mövqeləri və yaşayış məntəqələri Ermənistan tərəfindən intensiv atəşə məruz qalıb.
Erməni silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttində yerləşən Seydimli kəndini artilleriya atəşinə tutması və mərmilərdən birinin kənd sakini Sahib Vəliyevin həyətyanı sahəsinə düşməsi nəticəsində evin sahibi və onun 13 yaşlı nəvəsi, Seydimli kənd tam orta məktəbinin VIIa sinif şagirdi Sənan Vəlizadə yaralanıb. Gemi.az Təhsil Nazirliyinə istinadən məlumat verir ki,  qolundan qəlpə yarası alan S.Vəlizadə hazırda Bərdə Müalicə-Diaqnostika Mərkəzində müalicə alır.

Çap

Təhsil naziri yaralanmış şagirdə baş çəkib

Tarix . Kateqoriya Xəbərlər

ths

Aprelin 4-də təhsil naziri Mikayıl Cabbarov Bərdə şəhərində vətəndaşları qəbul edir.
Gemi.az Təhsil Nazirliyinə istinadən məlumat verir ki, qəbuldan öncə nazir Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttində yerləşən Seydimli kəndini artilleriya atəşinə tutması nəticəsində yaralanaraq, Bərdə Müalicə-Diaqnostika Mərkəzində müalicə alan Seydimli kənd tam orta məktəbinin VIIa sinif şagirdi Sənan Vəlizadəyə baş çəkib, onun vəziyyəti və müalicəsinin gedişi ilə maraqlanıb.

Çap

Gənclər Təşkilatları Milli Şurası əhaliyə müraciət edib

Tarix . Kateqoriya Xəbərlər

gnc

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası gəncləri, vətəndaşları düşmən tərəfindən aparılan informasiya müharibəsinə cavab verməyə çağırır. Gemi.az Apa-ya istinadən xəbər verir ki, bu barədə  Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Ermənilər tərəfindən #Karabakh, #KarabakhNow, #NKpeace teqləri altında facebook və twitter sosial şəbəkələrində aparılan qaralama kampaniyasını dayandıraq!

Çap

Cəbhədə vəziyyətlə bağlı son məlumat

Tarix . Kateqoriya Xəbərlər

nm

Aprelin 3-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində birtərəfli qaydada düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini dayandırmasına baxmayaraq Ermənistan tərəfi vəziyyəti gərginləşdirməkdə davam edir.
Gemi.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, düşmən tərəfi itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən

Çap

Nə? Harada? Nə zaman? intellektual yarışının qalibləri bəlli oldu

Tarix . Kateqoriya Xəbərlər

oiu

Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyinin müdiri Kadir Bektaşoğlunun maliyyə dəstəyi, Xəzər İntellektual Gənclər Klubu, Gəncliyin Elmi-Mədəni İnkişafı İctimai Birliyi və Yeni Yol təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” oyunu üzrə "III Oliqarx Kuboku" keçirildi. Yarış Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyinin akt zalında baş tutdu.

Çap

Varşavada “Polyak memarlar Azərbaycanda” sərgisi keçirilir

Tarix . Kateqoriya Xəbərlər

 varsava

Azərbaycanın Polşadakı səfirliyi Varşava şəhər meriyasında “Polyak memarlar Azərbaycanda” adlı sərgi təşkil edib.
Gemi.az-ın  Diaspora.az-a istinadən verdiyi  məlumata görə,səfirlikdən bildirilib ki,aprelin 1-dən 15-dək davam edəcək sərgidə XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakı şəhərində polyak memarlar Yuzef Qoslavski, Kazimej Skureviç, Yuzef Ploşko və Euqeniuş Skibinski tərəfindən layihələşdirilmiş binaların şəkilləri nümayiş etdiriləcək.

Çap

Tələbələrə şad xəbər! Gələn həftə təqaüdlər veriləcək

Tarix . Kateqoriya Xəbərlər

tad

Bakı Dövlət Universiteti tələbələrin təqaüd problemi ilə bağlı növbəti dəfə açıqlama yayıb.

Nazirlər Kabinetinin 6 fevral 2016-cı il tarixli 38 saylı qərarı ilə tələbə təqaüdlərinin verilməsinin yeni qaydaları müəyyən edilib. Bu qaydalara əsasən, təqaüdlər tələbənin semestr ərzində müvəffəqiyyətini müəyyən edən Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) nəzərə alınmaqla hesablanmalı və dövlət sifarişi ilə təhsil alan tələbələrlə yanaşı, ödənişli təhsil alan tələbələrə də şamil edilməlidir.

Çap

Səfirlik: “ABŞ qondarma “DQR”nın müstəqilliyini tanımır”

Tarix . Kateqoriya Xəbərlər

img2042523

“ABŞ qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımır”.


Gemi.az-ın Apa-ya istinadən məlumatına görə, bu barədə  ABŞ-ın Azərbaycandakı səfirliyindən Havay ştatının separatçı Dağlıq Qarabağ rejiminin müstəqilliyini tanıması ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirilərkən deyilib.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə