Çap

Mehriban Əliyeva xarici ölkə səfirlərinin xanımları ilə görüşdü

Tarix . Kateqoriya Xəbərlər

mehriban

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakıdakı diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşüb.

Gemi.az  Lent.az-a istinadən  məlumat verir ki, Mehriban Əliyeva ölkəmizdə akkreditə olunmuş diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşməkdən şad olduğunu bildirib.

Çap

QHT-lərin xarici əlaqələri müzakirə edilib

Tarix . Kateqoriya Xəbərlər

qht

Prezident Adminstrasiyası rəsmisinin iştirakı ilə QHT-lərin xarici əlaqələri müzakirə edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında xarici QHT-lər və onların qurduğu koalisiyalarla tərəfdaşlıq münasibətləri olan, birgə layihələr icra etmiş QHT-lərlə görüş keçirilib.

Çap

“Gənclər və vətənpərvərlik tərbiyəsi” üzrə seçki keçirilib

Tarix . Kateqoriya Xəbərlər

secki

 Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə “Gənclər və vətənpərvərlik tərbiyəsi” qrupu üzrə seçki keçirildi.Gemi.az-ın  Lent.az-a istinadən  məlumatına görə, iclasa açıq səsvermə ilə Fəxrəddin Həsənzadə sədr, Fəridə İbrahimova isə katib seçilib. Sonra say komissiyasının 3 nəfərdən ibarət tərkibi müəyyən edildi. Fəxrəddin Həsənzadə iclasda qeydə alınmış 77 QHT nümayəndəsindən 66-nın iştirak etdiyini deyib və təşkilati-texniki işlər haqqında məlumat verib.

Çap

Azərbaycan-Türkiyə sənədləri imzalanıb

Tarix . Kateqoriya Xəbərlər

IMZALANMA Final

Ankarada Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası başa çatdıqdan sonra prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının Protokolu”nu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan imzaladılar.

Çap

Azərbaycan prezidentinin Ankaraya səfəri başlayıb

Tarix . Kateqoriya Xəbərlər

tur aze

Azərbaycan prezidenti İlham Əliyevin Ankaraya səfəri başlayıb.

Gemi.az-ın Apa-ya istinadən məlumatına görə, Azərbaycan prezidentinin rəsmi qarşılanma mərasimi olub.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidentinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü olacaq. Bunun ardınca isə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası keçiriləcək.

Çap

Prezident İlham Əliyevin qərarı Türkiyəni hərəkətə gətirdi

Tarix . Kateqoriya Xəbərlər

ilham

Azərbaycan prezidenti İlham Əliyevin Rusiyadan Mərkəzi Asiyaya getməsinin qarşısı alınan Türkiyəyə məxsus yük maşınlarının Azərbaycan ərazisindən keçməsi üçün təlimat verməsindən sonra Ankara bu jesti daha dərindən dəyərləndirmək üçün ciddi görüşlərə başlayıb.

Gemi.az-ın Anspress-ə istinadən  məlumatına görə, ötən ay Bakıda "Xəzər Tranzit Dəhlizi" layihəsinin təqdimatını keçirən Türkiyə nümayəndələri bu dəfə Qazaxıstanda rəsmi təmaslara başlayıb.

Çap

IV Qlobal Bakı Forumu başa çatıb

Tarix . Kateqoriya Xəbərlər

form

IV Qlobal Bakı Forumu çərçivəsində “Yekun Plenar Sessiya: XXI əsrdə qurulmaqda olan çoxqütblü dünyanın münaqişələrindən necə yan keçməli?” mövzusunda son panel keçirilib.

Gemi.az-ın Apa-ya istinadən  məlumatına görə, panelin aparıcısı Kanadanın sabiq baş naziri Jan Kretyen bildirib ki, forum çox maraqlı və məhsuldar keçib: “Burada edilən çağırışlar, söylənən fikirlər əhəmiyyətli oldu”.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə