Çap

Beynəlxalq Valyuta Fondu neft proqnozunu yenə dəyişdi

Tarix . Kateqoriya Xəbərlər

fmi

Beynəlxalq Valyuta Fondu (BVF) bu il və 2017-ci il üzrə neftin qiyməti ilə bağlı proqnozlarını aşağı salıb.

Gemi.az-ın Musavat.com-a istinadən verdiyi  xəbərə görə, BVF-nin yeni hesabatında bu il üzrə neftin orta qiyməti 35 dollar/barel, 2017-ci ildə isə 41 dollar/barel olacağı bildirilir.

Çap

TQDK 11-ci siniflərdə təhsil alan şagirdlər üçün monitorinq imtahanı keçirir.

Tarix . Kateqoriya Xəbərlər

tqdkt

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 13, 14, 15 aprel tarixlərində Bakı və Sumqayıt şəhərlərində ümumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alanlər üçün Ana dili, riyaziyyat və fizika fənlərindən monitorinq imtahanı keçirir.

Gemi.az-ın verdiyi məlumata görə, monitorinq imtahanların keçirilməsi üçün Bakı və Sumqayıt şəhərlərində Azərbaycan dili fənnindən 194 məktəb üzrə 12512, riyaziyyat fənnindən 191 məktəb üzrə 12510, fizika fənnindən 260 məktəb üzrə 16003 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. Bütün fənlər üzrə imtahan saat 10:00-da başlanır. İmtahanın müddəti Azərbaycan dilindən 45 dəqiqə, riyaziyyat və fizika fənlərindən isə 1 saatdır.

Çap

İlham Əliyev Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul edib

Tarix . Kateqoriya Xəbərlər

006

Prezident İlham Əliyev Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev Palatanın üzvü olan şirkətlərin ölkəmizdə uzun illərdir fəaliyyət göstərdiklərini və Azərbaycanın iqtisadi inkişafına böyük töhfələr verdiklərini vurğuladı. Gemi.az-ın məlumatına görə, Azərbaycandakı Amerika Ticarət Palatasının 20 il bundan əvvəl yaradıldığını deyən dövlətimizin başçısı bunun ölkəmizdə sürətli iqtisadi artımın başladığı dövrə təsadüf etdiyini bildirdi.

Çap

Ali məktəblərə qəbulun test üsulu ilə keçirilməsi qüvvədə qalıb

Tarix . Kateqoriya Xəbərlər

imtahanl

Dövlət İmtahan Mərkəzi vətəndaşların dövlət qulluğuna qəbulunu müsabiqə əsasında həyata keçirəcək. Azərbaycanda ali məktəblərə qəbulun test üsulu, dövlət qulluğuna qəbulun müsabiqə əsasında həyata keçirilməsi qüvvədə qalıb.

Gemi.az-ın Apa-ya istinadən verdiyi  məlumata görə, bu, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsində əksini tapıb.

Çap

“Milli-mənəvi dəyərlərimiz və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda konfrans keçirilib

Tarix . Kateqoriya Xəbərlər

apa

Bu gün “Milli-mənəvi dəyərlərimiz və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda konfrans keçirilib.

Gemi.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə, konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi tərəfindən təşkil edilib.

Çap

TQDK və Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ləğv edilib

Tarix . Kateqoriya Xəbərlər

tqdkl

Prezident İlham Əliyev aprelin 11-də Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

Gemi.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, fərman təhsil müəssisələrinə tələbə qəbulunun beynəlxalq təcrübəyə uyğunlaşdırılmasını nəzərdə tutur.

Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs Azərbaycanda dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsini təşkil etmək məqsədilə yaradılır.

Çap

Sakarya Universitetinin tələbələri Qarabağ aksiyası keçirdilər

Tarix . Kateqoriya Xəbərlər

 

sakarya

Türkiyənin Sakarya Universitetində təhsil alan azərbaycanlı tələbələr ötən gün Qarabağ cəbhəsində baş verən son hadisələrlə bağlı aksiya keçirib.

Gemi.az-ın Musavat.com-a istinadən verdiyi xəbərə görə, Sakarya Universiteti Azərbaycan Tələbə Birliyinin sədri Qurban Qurbanlı məlumat verib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünə etiraz edən həmvətənlərimiz Atatürk bulvarındakı Atatürk Mədəniyyət Mərkəzinin qarşısına toplaşıblar. Əllərində Azərbaycanın və Türkiyənin bayraqları olan tələbələr Ermənistanla savaşa girən ölkələrinə dəstək şüarları səsləndirəndən sonra mətbuata açıqlama veriblər.

Çap

ELEKTRON TƏHLÜKƏSİZLİK MƏRKƏZİ XƏBƏRDARLIQ EDİR

Tarix . Kateqoriya Xəbərlər

net

Son günlərdə sosial şəbəkələrdə yaranan aktivlik saxta hesabların yaradılmasına və bununla yanaşı, spam mesajlar vasitəsilə ziyanverici proqramların yayılmasına gətirib çıxarmışdır. Gemi.az-ın Elektron Təhlükəsizlik Mərkəzinə istinadən vediyi məlumata görə, saxta hesablardan ünvanlanan keçidlərə kliklədikdə qurğuların əməliyyat sistəmlərinə daxil olan ziyanverici proqramlar istifadəçilərin adından saxta hesabların yaradılması, əxlaqa zidd paylaşımlar edilməsi, istifadəçinin dostlarının kompüterini yoluxdurmaq məqsədi ilə onlara spam mesajlar göndərməsi və.s ilə nəticələnə bilər.

Çap

Bakı Şəhər İcra Hakimiyyəti: Gül bayramı yeni formatda keçiriləcək

Tarix . Kateqoriya Xəbərlər

gul bayrami

Bu ildən başlayaraq mayın 10-da Bakı şəhərinin bütün park, bağ və xiyabanlarında yaşıllaşdırma işləri və güləkmə mərasimi, abadlaşdırma iməcilikləri təşkil olunacaq.

Gemi.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə, Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, şəhərin rayonlarının geniş ictimaiyyətinin və icra hakimiyyəti strukturlarının iştirak edəcəyi əmək və gül bayramında hər rayon özünəməxsus formada abadlaşdırma və güləkmə işləri aparacaq.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə