Bir qrup gəncin təşəbbüsü ilə «Beynəlxalq İnformasiya və Tədqiqatlar İnstitutu» İctimai Birliyinin təsis konfransını keçirib.
Aprelin 20-də Azərbaycanın bir qrup vətənpərvər gənci «Beynəlxalq İnformasiya və Tədqiqatlar İnstitutu» İctimai Birliyinin (International Information and Research Institute) təsis konfransını keçirib.
Gemi.az-ın verdiyi məlumata görə, bu haqda məlumatı qurumun sədri Zaur Qəriboğlu verib. Zaur Qəriboğlu BİTİ haqqında məlumat verərək bildirib ki, bu gün dünyada, əsasən də müharibə və münaqişə ocaqlarında baş verənlər haqda oxucuya və beynəlxalq ictimaiyyətə dolğun, dəqiq və qərəzsiz informasiyaların hazırlanmasına və yayılmasına ehtiyac var.