Çap

Ötən gün Müdafiə naziri cəbhə xəttində olub

Tarix . Kateqoriya Xəbərlər

  mncebhe2

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

Ön xətdə, işğaldan yeni azad edilmiş ərazilərdə düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə naziri müdafiənin dayanıqlığı, mühəndis-istehkam qurğularının hazırlığı və təkmilləşdirilməsi, hərbi qulluqçuların döyüş hazırlığı, mənəvi-psixoloji vəziyyəti və sosial-məişət şəraiti ilə tanış olub.

Gemi.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Müdafiə naziri düşmənlə təmas xəttində yerləşən bölmələrdə qarşı tərəfi müşahidə edib. Ərazidəki əməliyyat şəraiti və müdafiə zolağında görülən işlər barədə məruzə edilib

Çap

Hərbi Liseydə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunan hərbi oyunlar keçirilib

Tarix . Kateqoriya Xəbərlər

  herboyunu2  

Ötən gün Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunan hərbi oyunlar keçirilib. 

Gemi.az-ın Müdadiə Nazirliyinə istinadən verdiyi məlumata görə, kursantlar qaçış, qumbara atma, atəş və kəndir dartma növləri üzrə yarışıblar. 

Çap

İlham Əliyev Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak edib

Tarix . Kateqoriya Xəbərlər

 

 prezident agac ekdi

 

 Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu magistral avtomobil yolunun 29-30-cu kilometrliyində salınan yaşıllıq sahəsində Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak ediblər.

 

Gemi.az-ın Apa-ya istinadən verdiyi məlumatına görə, dövlət başçısı və xanımı əvvəlcə Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görülən işlərlə bağlı məlumatları əks etdirən stendlərlə tanış olublar.

Çap

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul üçün proqram seçimi başa çatır.

Tarix . Kateqoriya Xəbərlər

 

 proqram secimi

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına 2016-cı il martın 6-da keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın ikinci mərhələsinə buraxılmaları üçün proqram seçimində iştirak etməlidirlər. Bunun üçün bakalavrlar 10 may saat 23:59-dək öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.

Çap

Bu ilki qəbul qaydalarında hər hansı bir dəyişiklik olacaqmı?

Tarix . Kateqoriya Xəbərlər

  meleyke tqdk

Bu il üçün qəbul qaydalarında heç bir dəyişiklik olmayacaq: "İmtahanların keçirilmə və başlama tarixləri TQDK-nın rəsmi səhifəsində yerləşdirilib".

Gemi.az-ın Trend-ə istinadən  məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün jurnalistlərə açıqlamasında deyib: "Hazırda biz qəbul imtahanlarına hazırlaşırıq. Bütün qəbul qaydaları yanvar ayında çap olunub. Qəbul qaydalarına əsasən imtahanlar aparılacaq".

Çap

İlham Əliyev Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Tarix . Kateqoriya Xəbərlər

 

  ulu onder

 Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü günüdür.

Xalqımızın xilaskar oğlunun doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri, Ulu Öndərin doğmaları, yaxınları onun məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəliblər.

Çap

Silahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışları təşkil olunacaq

Tarix . Kateqoriya Xəbərlər

 qelebe gunu

 Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və Böyük Vətən müharibəsində qələbənin 71 illiyi münasibəti ilə mayın 9-da saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində Silahlı Qüvvələrin orkestrlərinin çıxışları təşkil olunacaq.

Gemi.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə,  orkestrlər müəyyən edilmiş 6 nöqtədə çıxış edəcəklər:

Çap

İlham Əliyev 9 May - Qələbə Günü münasibətilə Bakıda keçirilən mərasimdə iştirak edib

Tarix . Kateqoriya Xəbərlər

 9may

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 71-ci ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Gemi.az-ın Azərbaycan prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev dövlətimizin başçısı İlham Əliyevi qarşıladı.
Müharibə veteranları ilə görüşən Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva onları Qələbə Günü münasibətilə təbrik etdilər.
Dövlətimizin başçısına xatirə hədiyyələri təqdim olundu.

Çap

İqlim dəyişikliyi: Fəsillər sıradan çıxır - ARAŞDIRMA

Tarix . Kateqoriya Xəbərlər

 

  fesill

 

 “Bütün dünyada qlobal iqlim dəyişmələri nəticələrində fəsil anlayışı - payız, qış, yaz, yay yox olacaq və tarixə çevriləcək. Hər hansı bir mövsümdə həm 40 dərəcə isti, həm də 0 dərəcə şaxta müşahidə etmək mümkün olacaq”.

 Gemi.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, bu fikirlər Birləşmiş Millətlər Təşkilatının (BMT">BMT) iqlimlə bağlı hazırladığı sonuncu hesabatında əksini tapıb. Gələcək 30-50 il üçün nəzərdə tutulan BMT">BMT-nin bu hesabatı ağır nəticələrin olacağından xəbər verir. Hesabatda bildirilir ki, ilin hər hansı bir ayında həm yandırıcı isti görmək olacaq, həm də qar yağa bilər. Fəsil anlayışı tədricən yaddan çıxacaq. Artıq dünyada iqlim dəyişməsi və iqlim istiləşməsi müşahidə olunur.

Çap

Azərbaycan ordusu 8 mayda hücuma keçəcək?

Tarix . Kateqoriya Xəbərlər

  mn yi

 

Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin guya 8-9 may ərəfəsində hücuma keçəcəyi barədə Ermənistanın gündəmə gətirdiyi məlumatlara münasibət bildirib.

Gemi.az xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən APA-ya bildirilib ki, Ermənistan kriminal hərbi-siyasi rejimi BMT-nin Təhlükəsizlik Şurasının qərarlarına və qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələrə əməl etməyəcəyi təqdirdə bunun baş verməsi labüddür və qaçılmazdır: “Ermənilər hər gün, hər an, hər saat Silahlı Qüvvələrimizin torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün tam təmin olunması istiqamətində addımlar atacağını gözləməlidirlər. Məşhur bir kəlamda deyildiyi kimi “Ölümü gözləmək ölümün özündən daha dəhşətlidir”.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə