Fərhad Hacıyev BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda çıxış edib
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən Gənclər Forumunun əməkdaşlıq toplantılarının yekunları “Gənclər və sosial inklüzivlik üzrə qlobal gündəlik: Məşğuliyyət üçün ümumi baxış və imkanlar” mövzusunda tədbirdə geniş müzakirə olunub.
Gemi.az xəbər verir ki, Gənclər Fondundan APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev ötən əsrin sonlarında Azərbaycanın müharibə ilə üzləşdiyini, ərazilərinin 20 faizinin işğal olunduğunu və bu ərazilərin dağıntılara məruz qaldığını diqqətə çatdırıb. O, Azərbaycan hökumətinin gənclərin multikultural dəyərlər əsasında formalaşmasına, sülhməramlı tədbirlərdə fəal iştirak etmələrinə hər zaman böyük önəm verdiyini xüsusi vurğulayıb.