Çap

Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə “Bayraq yürüşü” keçirəcək

Tarix . Kateqoriya Xəbərlər

baku bayraq 09

 

Noyabrın 6-da Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə Füzuli rayonunun Horadiz şəhərində “Bayraq yürüşü” keçirəcək.

Gemi.az xəbər verir ki, yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, hərbçilər,  tanınmış ziyalılar, idmançılar,  müəllim və şagirdlər,  QHT və  KİV nümayəndələri iştirak edəcəklər.

Çap

İtaliyada Azərbaycanlı gənclər şirkət açıblar

Tarix . Kateqoriya Xəbərlər

italy salon

İtaliyada azərbaycanlı gənclər “Üç alov” adlı (Le Tre Fiamme-bakucittadeiventi.it) şirkət açıblar. Saç kəsimi (kişilər və qadınlar üçün) xidmətlərini təklif edən şirkətin ilk brendi isə “Bakı küləklər şəhəridir” (Baku citta dei venti) adlanır. Gemi.az xəbər verir ki, bu haqda şirkətin rəhbəri Elnur Bədəlov özəl olaraq “Palitra”ya məlumat verib. 
Ötən gün Romanın Via dei Salentini 18-San Lorenzo ünvanında yerləşən şirkətin açılışı olub. Açılışa Azərbaycanın İtaliyadakı səfirliyindən nümayəndələr, universitet professorları, İtaliyada sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamları və azərbaycanlı tələbələr qatılıblar. Elnur Bədəlov deyib ki, Romaya tələbə kimi gəlib və Sapienza Universitetində magistratura təhsili alıb: “Hər keçən gün Romada azərbaycanlı tələbələrin sayının artması bizə bu ideyanı verdi. Çünki Romada heç bir azərbaycanlı şirkət açmayıb və bunun ilkini biz edirik. Buradakı azərbaycanlıların ən çox problem etdiyi məsələlərdən biri saç kəsdirməkdir. Bu minvalla biz burada Le Tre Fiamme (Üç Alov) adında şirkətimizi açdıq və bu şirkətin ilk brendi “Baku citta dei venti”dir (Baki küləklər şəhəridir). Bu brend adı altında biz həm kişilər, həm də qadınlar üçün xidmət göstərəcəyik. Ancaq biz bu fikrimizi bir balaca genişləndirərək burada keçmiş Sovet respublikalarının vətəndaşlarını və italyanları da unutmamışıq. Burada çalışan ustalarımızdan biri rus, biri türk, digəri isə italyandır”.

Çap

Bu gün Azərbaycanda Bilik günüdür

Tarix . Kateqoriya Xəbərlər

bilik gunu

Bu gün Azərbaycanda Bilik günü kimi qeyd olunur.

Gemi.az Oxu.Az-a istinadən xəbər verir ki, sentyabrın 15-də Azərbaycanda 165 780 uşaq birinci sinifə gedəcək.

Təhsil naziri Ceyhun Bayramovun “2018-2019-cu tədris ilində “Bilik günü”nün qeyd olunması və ilk dərs günləri haqqında” imzaladığı əmrə əsasən, 5 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərdə ilk dərs gününün 17 sentyabr hesab olunması, 6 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərdə isə dərslər sentyabrın 15-də başlanacaq.

Çap

Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub

Tarix . Kateqoriya Xəbərlər

erdogan aliyev

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi, ölkələrimizin birgə həyata keçirdiyi qlobal layihələrin əhəmiyyəti qeyd olundu. Türkiyə Prezidentinin səfərinin əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi qeyd edildi. Bakının işğaldan azad olunmasının 100 illiyi münasibətilə paytaxtda keçirilən paradın əlaqələrimizin tarixində mühüm hadisə olduğu vurğulandı.

Çap

Azərbaycanda ali məktəblərə qəbul qaydaları dəyişir

Tarix . Kateqoriya Xəbərlər

imtahanaa

Buraxılış və qəbul imtahanlarının yeni modelinin detallarını açıqlanıb.

Gemi.az-ın Oxu.Az-a istinadən məlumatına görə, bu barədə təhsil naziri Ceyhun Bayramov məlumat verib.

Nazirin sözlərinə görə, “Təhsildə keyfiyyət ili”ndə əldə olunan müsbət dinamikanın qorunub-saxlanılması və mahiyyətcə inkişafyönümlü tədbirlərin 2018-2019-cu dərs ilində də davam etdirilməsi məqsədəuyğun hesab olunub:

“Hazırda Dövlət İmtahan Mərkəzi ilə sıx əlaqəli şəkildə gələnilki qəbul imtahanlarının yeni formatı istiqamətində əməkdaşlıq edilir. Qısa olaraq, yeni modelin mahiyyəti bundan ibarətdir ki, abituriyentin balı buraxılış imtahanı və qəbul imtahanında topladığı balların cəmi olaraq hesablanacaq.

Çap

Ali məktəblərə qəbul olanlara - XƏBƏRDARLIQ

Tarix . Kateqoriya Xəbərlər

dim 2018

Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) qeydiyyatı sabah başa çatır.

Gemi.az Oxu.az-a istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər avqustun 28-i, saat 17:00‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Çap

Azərbaycanlılar Kiyevə səfər edənlər arasında liderlik edir

Tarix . Kateqoriya Xəbərlər

8a6970a9 5190 4f88 90f6 fd38a407968e

Ukrayna paytaxtına səfər edən azərbaycanlıların sayı artır. Bununla yanaşı, Azərbaycan hələlik liderlər siyahısında mövqeyini dəyişə bilməyib. 

Gemi.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Sərhəd Xidməti məlumat yayıb. 

Kiyevə tez-tez səfər edən turistlərin gəldiyi 10 ölkənin adı üç ildir ki dəyişməz olaraq qalır: Belarus, İsrail, ABŞ, Almaniya, Türkiyə, Böyük Britaniya, Azərbaycan, İtaliya, Fransa və Gürcüstan. 

Çap

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb

Tarix . Kateqoriya Xəbərlər

10770

Bu il 91 min 498 nəfər ixtisas seçimində iştirak edəcək.

Gemi.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu gün günorta saatlarında universitetlərə ixtisas seçimi başlayacaq:

“Builki qəbul imtahanlarında 74 438 nəfər iştirak edib. Ümumilikdə 91 498 nəfər ixtisas seçimində iştirak edəcək. Onlardan bəziləri V ixtisas qrupuna sənəd verənlərdir.

Çap

Universitet seçimində nəzərə alınmalı yeddi vacib məqam

Tarix . Kateqoriya Xəbərlər

The First Few Weeks Of University Life

İmtahanların başa çatması ilə bütün abituriyentlər üçün ixtisas seçimi mərhələsi başlayır.

Universiteti və ixtisas seçimi gələcək həyatınızı istiqamətləndirəcək çox vacib məqamdır. Bütün bunları nəzərə almaqla, uğurlu ixtisas seçiminizə kömək edəcək vacib məqamları sizin üçün seçdik.

Universitet seçimində nəzərə alınması vacib olan yeddi məqamı təqdim edir.

Tətbiqi təhsilin əhəmiyyəti

Nəzəri dərslər oxuyacağınız ixtisas və peşə haqqında geniş məlumat verir. Lakin məzun olduqdan sonra sizi iş dünyasına hazırlayan əsas mərhələ tətbiqi, yəni praktiki təhsildir. Praktika sizi iş dünyasına aparan yolun əsasını təşkil edir.

Keyfiyyətli tətbiqi təhsil almaq üçün seçəcəyiniz universitetin imkanlarına baxın. Görün, seçəcəyiniz universitetin intensiv şəkildə istifadə etdiyi laboratoriya və ya universitetin sənaye müəssisələri ilə əməkdaşlığı mövcuddurmu?!

Çap

II və III qruplar üzrə qəbul imtahanı keçirilir

Tarix . Kateqoriya Xəbərlər

StandardizedTesting

Bu gün 2018/2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir. 

Gemi.az-ın Oxu.az-a istinadən məlumatına görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 61 binada aparılacaq. İmtahanların idarə olunmasına 217 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2585 nəzarətçi-müəllim cəlb olunub.

İmtahanda 31904 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 14993 abituriyent II qrup üzrə, 16911 abituriyent III qrup üzrə imtahan verəcək.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə