Xaricdə təhsil almaq istəyənlər diqqətli olsun
"Belə ali məktəblər daha çox Rusiya və Gürcüstandadır"
"Azərbaycan gəncləri arasında xaricdə təhsil almağa qarşı maraq azalmayıb, əksinə, ötən ilə nisbətən bu il artım müşahidə olunur". Bu sözləri Reaksiya.Az-a açıqlamasında "Gəncliyin Elmi-Mədəni İnkişafı" İctimai Birliyinin sədri, təhsil üzrə ekspert Sərdar Yusifoğlu bildirib.