QHT-lərin xarici əlaqələri müzakirə edilib
Prezident Adminstrasiyası rəsmisinin iştirakı ilə QHT-lərin xarici əlaqələri müzakirə edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında xarici QHT-lər və onların qurduğu koalisiyalarla tərəfdaşlıq münasibətləri olan, birgə layihələr icra etmiş QHT-lərlə görüş keçirilib.