Çap

Xocalı qətliamını tanıyan ABŞ ştatlarının sayı 21-ə çatıb

Tarix . Kateqoriya Xəbərlər

abs

ABŞ-ın Aydaho ştatının qubernatoru K.L. Buç Otter (C.L. “Butch” Otter) xüsusi bəyannamə imzalayaraq, 26 fevral tarixini Aydahoda “Xocalı Qətliamını Anma Günü” elan edib.

Gemi.az Apa-ya istinadən xəbər verir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, Baş Konsulluğa daxil olmuş bəyannamədə Xocalı qətliamı zamanı həyatını itirmiş azərbaycanlılardan bəhs olunur və bu dəhşətli faciə pislənilir.

Çap

İlham Əliyev Xocalı faciəsi qurbanlarının xatirəsini anma mərasimində iştirak edib

Tarix . Kateqoriya Xəbərlər

46816

İyirmi dörd il əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törədiblər.

Azərbaycan paytaxtının minlərlə sakini Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar anma mərasimində iştirak etmək üçün fevralın 26-da səhər tezdən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə toplaşmışdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva anma mərasimində iştirak etdilər.

Çap

Litvada Xocalı soyqırımı ilə bağlı “Həyat üçün qan” adlı tədbir təşkil edilib

Tarix . Kateqoriya Xəbərlər

f9e6fb1647b9907eeae4e9e73de18e88

Azərbaycanın Litva səfirliyi, Litva Seymindəki Azərbaycanla Parlamentlərarası əlaqələr qrupu və Avropa Azərbaycan Cəmiyyəti (TEAS) ilə birgə Vilnüs şəhər Ratuşasında Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı “Həyat üçün qan” adlı tədbir təşkil edib. Tədbir Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində reallaşıb.

Çap

Səkkiz ölkənin prezidenti Azərbaycana gəlir

Tarix . Kateqoriya Xəbərlər

Baku Boulevard in Evening

Bu il martın 10-11-də keçiriləcək IV Qlobal Bakı forumunda 8 ölkənin prezidenti iştirak edəcək.

Gemi.az-ın APA-ya istinadən xəbərinə görə, bu siyahıya Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, Bolqarıstan prezidenti Rosen Plevneliyev, Fələstin prezidenti Mahmud Abbas, Albaniya prezidenti Buyar Nişani, Makedoniya prezidenti Gyorge İvanov, Montenegro prezidenti Filip Vuyanoviç, Sloveniya prezidenti Borut Pahor və Bosniya və Herseqovina Rəyasət heyətinin üzvü Mladen İvaniç daxildir.

Çap

Qənirə Paşayeva Balıkəsirdə Xocalı həqiqətlərini danışıb

Tarix . Kateqoriya Xəbərlər

 

78631548c4b998a3b2eb13fabad3578e

Millət vəkili Qənirə Paşayeva Balıkesirdən dünyaya səslənib. Gemi.az-ın Lent.az-a istinadən məlumatına görə, Türkiyənin Balıkesir bölgəsində Balıkesir Azərbaycan Dərnəyi, Balıkesir Universiteti azərbaycanlı Öyrənciler Dərnəyi ,TurAz Topluluğunun təşkilatçılığı ilə “Xocalı Soyqırımını unutmadıq” adlı tədbirdə rəsmi şəxslər, ziyalılar, alimlər, sənət adamları və gənclər geniş şəkildə iştirak ediblər.

Çap

Rus dilində imtahan verən abituriyentlər üçün ali və orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul qaydası dəyişib

Tarix . Kateqoriya Xəbərlər

exam multiplechoice

Azərbaycanda rus dilində imtahan verən abituriyentlərin ali və orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul qaydası dəyişib.

Gemi.az-ın APA-ya istinadən məlumatına görə, “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları”na əsasən Azərbaycanda ali və orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə